“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
20.10.2026
5 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 07.10.2026-cı il tarixində başlayıb, 21.10.2026-cı il tarixində (15 təqvim günü) bitəcəkdir.
AZ2001020364 İSİN kodlu istiqrazların yerləşdirilməsi 23.10.2026-cı il tarixində baş tutacaqdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
“Assist Finance İnvestisiya Şirkəti” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001020364
İstiqrazların növü və forması
Diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
8,000 ədəd
Nominal qiyməti
100 manat
İlkin ticarət qiyməti
Bir istiqraz üzrə minimum yerləşdirilmə qiyməti 90 (doxsan) manatdır. Bu qiymətdən aşağı təqdim edilmiş sifarişlər qəbul edilmir. Yerləşdirmə zamanı sifarişlər ən yüksək qiymət təklifindən başlayaraq aşağı qiymətə doğru ardıcıllıqla icra edilir