Neft və qaz


ARDNF-nin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat
20.10.2026

2026-cı ilin yanvar-sentyabr ayları üzrə:

ARDNF-nin aktivləri 74,0 milyard ABŞ dolları (125,8 milyard manat) təşkil etmişdir.

Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan gəlirlər 3,6 milyard manat təşkil etmişdir.

Neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından gəlirlər 7,3 milyard manat olmuşdur.

Dövlət büdcəsinə ARDNF tərəfindən 9,6 milyard manat köçürülmüşdür.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 542 milyon ABŞ dolları (125 021 milyon manat), 2026-cı il sentyabr ayının 30-na isə, 74 004 milyon ABŞ dolları (125 807 milyon manat) təşkil etmişdir.

2026-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 12 341,3 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 740,6 milyon manat təşkil etmişdir. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 600,7 milyon manat təşkil etmişdir. Büdcə xərcləri hesabat dövrü üzrə 9 681,2 milyon manat təşkil etmişdir.

Neft-qaz gəlirləri:

ARDNF-nin neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 740,6 milyon manat olmuşdur, o cümlədən:

mənfəət neftinin və qazın satışından 7 343,9 milyon manat,

bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat

akrhesabı ödənişləri 4,9 milyon manat

“Cənub Qaz Dəhlizi” QSC-nin“ dövlətə məxsus payın satışından daxilolmaları 1 390,9 milyon manat

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 570,6 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 565,1 milyon manat məbləğində vəsait daxil olmuşdur.

Büdcə xərcləri:

Büdcəyə transfert. Hesabat dövrü ərzində ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində 9 628,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

Layihə xərcləri. 2026-cı ilin yanvar-sentyabr aylarında aşağıdakı icrası davam edən layihələrə 27,7 milyon manat yönəldilmişdir, o cümlədən:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 3,6 milyon manat,

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 21,9 milyon manat.

Beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi 2,2 milyon manat.

İdarəetmə xərcləri. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 25,5 milyon manat təşkil etmişdir.

Büdcədənkənar xərclər:

Hesabat dövründə qızıl qiymətinin və valyuta məzənnələninin dəyişməsindən yaranan büdcədənkənar xərc 1 874,0 milyon manat təşkil etmişdir.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2026-cı ilin üçüncü rübü ərzində davam edən geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasət ilə bağlı gözləntilər bütün əsas aktiv siniflərinə təsir göstərməkdə davam etdiyindən qlobal maliyyə bazarlarında volatillik yüksək olaraq qalmışdır. Rüb ərzində müşahidə olunan volatilliyə baxmayaraq, qlobal səhm bazarlarında müsbət gəlirlilik qeydə alınmış, dövlət istiqrazları bazarları isə gəlirlilik dərəcələrinin yüksəlməsi fonunda təzyiq altında olmuşdur. Enerji qiymətlərinin artımının təsiri ilə əmtəə bazarlarında əhəmiyyətli yüksəliş müşahidə edilmiş, qızılın qiyməti isə yüksək volatillik nümayiş etdirərək rübün sonuna doğru zəifləmişdir.

Üçüncü rüb ərzində enerji qiymətlərinin yüksəlməsi, davamlı inflyasiya və iqtisadi aktivliyin dayanıqlı qalması faiz dərəcələrinin yüksək səviyyədə saxlanılacağına dair gözləntiləri gücləndirmiş və nəticədə əsas inkişaf etmiş ölkələrdə dövlət istiqrazlarının gəlirlilik dərəcələri artmışdır. Dövlət borclanması ilə bağlı narahatlıqlar və yüksək həcmdə borc qiymətli kağızlarının emissiyası uzunmüddətli istiqrazların gəlirlilik dərəcələrinə əlavə təzyiq göstərmişdir. Gəlirlilik dərəcələrinin artması istiqrazların dəyərinə mənfi təsir göstərmişdir.

Üçüncü rüb ərzində dayanıqlı iqtisadi artım, şirkətlərin güclü maliyyə nəticələri, eləcə də süni intellekt və onunla əlaqəli infrastruktura investisiyaların davam etməsi qlobal səhm bazarlarının yüksəlişini dəstəkləmişdir. Avqust ayında bazarlarda güclü bərpa müşahidə edilmiş, lakin sentyabr ayında istiqraz gəlirliliklərinin və enerji qiymətlərinin yüksəlməsi, eləcə də gərginliklərin yenidən artması investorların gözləntilərinə mənfi təsir göstərərək volatilliyin yüksəlməsinə səbəb olmuşdur. Bu mənfi amillərə baxmayaraq, qlobal səhm bazarları rübü artımla başa vurmuş, şirkətlərin güclü fundamental göstəriciləri isə bazarların daha mürəkkəb makroiqtisadi şəraitə davamlılığını dəstəkləmişdir.

Üçüncü rüb ərzində qızılın qiymətində yüksək volatillik müşahidə edilmişdir. Avqust ayında geosiyasi qeyri-müəyyənliyin yenidən artması və investisiya tələbinin fonunda qızılın qiyməti nəzərəçarpacaq dərəcədə yüksəlmiş, lakin sentyabr ayında ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirlilik dərəcələrinin və ABŞ dollarının möhkəmlənməsi nəticəsində bu tendensiya əks istiqamətdə dəyişmişdir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment