“Bakı Fond Birjası” QSC ilə “Troni İnvestisiya Şirkəti” QSC arasında “MJ Finance BOKT” ASC-nin AZ2003023168 dövlət qeydiyyat nömrəli istiqrazları üzrə marketmeyker müqaviləsi b
20.10.2026
19.10.2026-cı il tarixində “Bakı Fond Birjası” QSC ilə “Troni İnvestisiya Şirkəti” QSC arasında “MJ Finance BOKT” ASC-nin AZ2003023168 dövlət qeydiyyat nömrəli faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları üzrə marketmeyker müqaviləsi bağlanılmışdır. Bu müqavilə ilə “Troni İnvestisiya Şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq 5% qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edəcək, eyni zamanda Birjanın ticarət sistemində öz adından 50,000 (əlli min) AZN ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirəcək.