Digər xəbərlər


Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun İllik Toplantıları çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
19.10.2026

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun İllik Toplantıları çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib

Oktyabrın 17-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun (DBQ) İllik Toplantıları çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Anar Kərimov BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur və Fiskal Məsələlər Departamentinin direktoru Rodriqo Valdes ilə ayrı-ayrılıqda görüşüb.

Görüşlərdə 2026-cı ildə BVF-nin Nizamnaməsinin IV maddəsi üzrə aparılmış məsləhətləşmələrin nəticələri, Azərbaycanın makroiqtisadi və fiskal siyasətinin əsas istiqamətləri, eləcə də ortamüddətli dövrdə həyata keçirilən struktur islahatları müzakirə olunub.

A.Kərimov makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının ölkəmizin iqtisadi siyasətinin əsas prioritetləri olduğunu bildirib. O, dövlət maliyyəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşlərdə, həmçinin dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması, büdcə planlaşdırılması və icrası mexanizmlərinin təkmilləşdirilməsi, nəticə əsaslı və proqram əsaslı büdcə planlaşdırılmasının tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib. Nazirin birinci müavini bu istiqamətlərdə islahatların həyata keçirilməsi və institusional potensialın gücləndirilməsi baxımından BVF-nin texniki yardımının və ekspert dəstəyinin əhəmiyyətini vurğulayıb.

Bununla yanaşı, A.Kərimov dövlət müəssisələrində aparılan islahatlar, o cümlədən monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi, fiskal risklərin qiymətləndirilməsi və dövlət müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Öz növbəsində, BVF nümayəndələri tərəfindən IV maddə üzrə məsləhətləşmələrin Azərbaycanın iqtisadi siyasət prioritetlərinin qiymətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşlərdə fiskal siyasət və dövlət maliyyəsinin idarə edilməsi sahələrində əməkdaşlığın davam etdirilməsi, eləcə də prioritet istiqamətlər üzrə BVF-nin texniki yardımının genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün Azərbaycan nümayəndə heyəti Kanadanın dövlət maliyyəsinin idarə edilməsi və rəqəmsal dövlət həlləri sahəsində ixtisaslaşmış FreeBalance şirkətinin prezidenti və baş icraçı direktoru Manuel Schiappa Pietra ilə görüşüb.

Görüşdə dövlət maliyyəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, büdcə planlaşdırılmasının müasirləşdirilməsi və rəqəmsal həllərin tətbiqi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. A.Kərimov ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması, büdcə proseslərinin səmərəliliyinin artırılması və fiskal idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər "FreeBalance" şirkətinin dövlət maliyyəsinin idarə edilməsi sahəsində beynəlxalq təcrübəsini müzakirə edib, büdcə planlaşdırılması, maliyyə məlumatlarının idarə edilməsi və dövlət resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində rəqəmsal həllərin tətbiqi imkanlarını nəzərdən keçirib. Eyni zamanda, dövlət maliyyəsi üzrə məlumatların təhlili imkanlarının genişləndirilməsi və şəffaflığın gücləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Asiya İnkişaf Bankının (AİB) ABŞ-ni təmsil edən İcraçı direktoru, səfir Robert Sweeny ilə də görüşüb. Görüşdə Azərbaycan ilə AİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə həyata keçirilən layihələr, özəl sektorun inkişafına dəstək, dövlət-özəl tərəfdaşlığı və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

A.Kərimov Azərbaycanın AİB ilə uzunmüddətli tərəfdaşlığa böyük önəm verdiyini, AİB tərəfindən ölkəmizdə maliyyələşdirilən layihələrin, göstərilən texniki və maliyyə dəstəyinin Azərbaycanın inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Görüşdə, həmçinin AİB-nin Direktorlar Şurasının üzvlərinin cari ilin sentyabr ayında Azərbaycana səfəri zamanı bir sıra dövlət qurumları ilə mövcud və perspektiv layihələr üzrə aparılmış müzakirələrin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub. 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) bank fəaliyyəti üzrə vitse-prezidenti Ziya Əliyevlə də görüşüb. Görüşdə Azərbaycan ilə QTDİB arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Z.Əliyev QDTİB-nin cari ilin iyul ayında Bakıda keçirilən 28-ci İllik Toplantısının yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, QDTİB-nin Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment