Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların problemli kreditlər üzrə müvafiq sahəyə məsul rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin Polşa Respublikasının Varşava şəhərinə işgüzar səfəri çərçivəsində görüşlər davam etdirilib.
Səfərin ikinci günü, 15 oktyabr 2026-cı il tarixində günün ilk yarısında Polşa Banklar Assosiasiyasının inzibati binasında Polşa Banklar Assosiasiyasının Brüsseldəki Nümayəndəliyinin fəaliyyəti, həmçinin Assosiasiyanın Arbitraj Məhkəməsinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Görüş zamanı mübahisələrin həlli mexanizmləri və bu sahədə mövcud təcrübə ilə bağlı fikir mübadiləsi həyata keçirilib.
Günün ikinci yarısında isə Polşanın Kredit Məlumatları Bürosunda görüş keçirilib. Görüş çərçivəsində Büronun fəaliyyəti, kredit məlumatlarının toplanması və emalı, habelə bu məlumatların kredit risklərinin qiymətləndirilməsi və problemli kreditlərin idarə olunmasında rolu ilə bağlı müzakirələr aparılıb.
Səfərin əsas məqsədi Polşa təcrübəsinin öyrənilməsi, problemli kreditlərin idarə olunması sahəsində müasir yanaşmalarla tanışlıq və ABA-ya üzv banklar arasında müvafiq təcrübənin tətbiqi imkanlarının qiymətləndirilməsidir. İki davam edən görüşlər başa çatmışdır.