Banklar


PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
15.10.2026

PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib

Oktyabrın 14-də JW Marriott Absheron Bakı hotelində baş tutan tədbirdə dövlət qurumlarının, maliyyə institutlarının, nəqliyyat və logistika sektorunun, eləcə də iri biznesin rəhbər nümayəndələri bir araya gəliblər.

Tədbirin əsas məqsədi Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin biznesə təsirini, Orta Dəhlizin yaratdığı yeni ticarət və investisiya imkanlarını, eləcə də şirkətlərin bu sahədə üzləşdiyi çağırışları və ehtiyaclarını müzakirə etmək olub. Bu çərçivədə nəqliyyat və logistika infrastrukturunun inkişafı, regional bağlantıların genişləndirilməsi, rəqəmsallaşma və biznesin maliyyələşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.







Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Fuad Məmmədov, PAŞA Maliyyə Holdinqinin baş icraçı direktorunun müavini Şahin Məmmədov, NEQSOL Holding-in baş maliyyə direktoru və Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə, Azersun Holdinqinin baş icraçı direktoru Savaş Uzan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Cəlal Fərəcli, PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, Silk Way West Airlines şirkətinin vitse-prezidenti Vüqar Məmmədov və Trendyol Qrupunun baş əməliyyat inzibatçısı Serkan Yavuz iştirak edərək müzakirələrə qatılıblar.

PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib

Tədbirin açılışında çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev Azərbaycanın beynəlxalq nəqliyyat və ticarət marşrutlarında strateji mövqeyini vurğulayaraq Orta Dəhlizin inkişafının ölkə iqtisadiyyatı və biznes üçün yeni imkanlar yaratdığını bildirib.

“Azərbaycan üzərindən keçən Orta Dəhlizin ölkə iqtisadiyyatına verdiyi töhfə ilə yanaşı, hər bir ticarət əməliyyatının arxasında maliyyələşmə, ödənişlərin həyata keçirilməsi, risklərin idarə olunması və dövriyyə vəsaitinə çıxış kimi mühüm məsələlər dayanır. Bu səbəbdən maliyyə institutlarının üzərinə ciddi iş düşür. PAŞA Bank olaraq real sektorun inkişafına dəstək vermək, bizneslərin böyüməsini maliyyələşdirmək və yeni investisiya imkanlarının yaranmasına töhfə vermək üçün səylərimizi davam etdiririk”, – deyə Cavid Quliyev qeyd edib.

Tədbir PAŞA Holdinqin baş iqtisadçısı Elman Eminovun “Qlobal ticarətin yenidən qurulması: İnfrastruktur və regional bağlantılar” mövzusunda təqdimatı ilə davam edib. Təqdimatda qlobal ticarətdə baş verən dəyişikliklər və regional nəqliyyat marşrutlarının iqtisadi əhəmiyyəti diqqət mərkəzində olub.

Tədbir çərçivəsində iki strateji panel müzakirəsi təşkil edilib.

PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib

“Azərbaycanın regional logistika mərkəzinin qurulması: İnfrastruktur və regional bağlantılar” adlı ilk paneldə ölkənin nəqliyyat və logistika potensialı, müxtəlif nəqliyyat növləri arasında inteqrasiyanın gücləndirilməsi, mövcud infrastrukturun səmərəliliyinin artırılması və regional rəqabət üstünlükləri müzakirə olunub.

“Ticarət və logistikanın gələcəyi: Ticarət, yükdaşımaları və rəqəmsal kommersiya” adlı ikinci paneldə isə biznesin logistika sektorundan gözləntiləri, beynəlxalq ticarət və yükdaşımalarında mövcud çağırışlar, elektron kommersiyanın inkişaf perspektivləri, eləcə də bu sahələrdə maliyyə institutlarının təqdim edə biləcəyi həllər ətrafında fikir mübadiləsi aparılıb.

Panel müzakirələrində dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, logistika proseslərinin rəqəmsallaşdırılması və biznes üçün daha əlverişli ticarət mühitinin formalaşdırılması istiqamətində imkanlar da nəzərdən keçirilib.

Tədbir iştirakçıların suallarının cavablandırılması və açıq müzakirələrlə yekunlaşıb.

Tədbir dövlət və özəl sektor nümayəndələri arasında fikir mübadiləsi üçün mühüm platforma yaradaraq Azərbaycanın regional ticarət və logistika potensialının inkişafı, yeni iqtisadi imkanların dəyərləndirilməsi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli müzakirələrlə yadda qalıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment