Digər xəbərlər


Süni İntellekt Zirvəsi 2026-nın spikerləri açıqlandı
15.10.2026

Ölkədə ikinci dəfə keçiriləcək Süni İntellekt Zirvəsinin spiker heyəti bəlli oldu. 13 noyabr 2026-cı il tarixində The Ritz-Carlton Baku-da baş tutacaq Zirvədə Microsoft, BP, 4SİM, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azerconnect Group və Azercell kimi qurumları təmsil edən 20 spiker çıxış edəcək.

Zirvə Arter, Facemark, Handex və HDC (Human Development Center) tərəfindən təşkil olunur. Tədbirin baş sponsoru LOGO-dur. Bu il Zirvə “Uzadılmış İndi” konsepsiyası ilə keçirilir. Dövlət və özəl sektorun, akademik mühitin və texnologiya şirkətlərinin nümayəndələri süni intellektin bu gün iş, təhsil və idarəetmədə yaratdığı dəyişiklikləri, sabahın trendlərini və real əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

Proqram iki panel sessiyası və on praktik masterklasdan ibarətdir. Panellərdə əsas məruzələr, debat və canlı nümayişlər yer alacaq. Masterklaslarda isə iştirakçılar süni intellekt həlləri, biznes, təhsil, data idarəçiliyi, dizayn və insan resursları istiqamətlərində praktiki bacarıqları birbaşa ekspertlərdən öyrənəcəklər. Gün boyu fəaliyyət göstərəcək AI Playground zonasında qonaqlar süni intellekt həllərini canlı sınaqdan keçirə, Zirvənin mobil tətbiqi vasitəsilə interaktiv tapşırıqlarda iştirak edib xal toplaya və günün sonunda keçiriləcək Qrand Finalda yarışa biləcəklər.

“Süni intellekt artıq gələcəyin deyil, bu günün mövzusudur. “Uzadılmış İndi” konsepsiyası ilə biz iştirakçılara texnologiyanı sadəcə dinləmək yox, onu yerindəcə sınamaq və öz işində tətbiq etmək imkanı veririk. Bu il dünya şirkətlərinin ekspertlərini yerli dövlət və biznes liderləri ilə eyni səhnədə görmək bizim üçün xüsusi qürurdur”, — deyə Facemark-ın təsisçisi Rafiq Hunaltay bildirib.

Zirvənin spikerləri

Açılış nitqi

    • Rafiq Hunaltay — Facemark, təsisçi

Panel 1: Açılış mərasimi, əsas məruzə və canlı nümayiş

    • Lətif Məmmədli (moderator) — Azerconnect Group, Süni intellekt məhsulları bölməsinin rəhbəri

    • Lee Stott — Microsoft, Principal Cloud Advocate

    • David Lorenzo López — Prodware, süni intellekt və avtomatlaşdırma üzrə arxitektor

    • Rəfsan Hüseynov — SHI International Corp, Rəqəmsal iş mühiti və AI həlləri üzrə menecer

    • İsmail Duran — LOGO Group, texnologiya direktoru (CTO)

Panel 2: Əsas məruzə, debat və canlı nümayiş

    • Osman Gündüz (moderator) — “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

    • Bəxtiyar Aslanbəyli — BP, Xəzər regionu üzrə vitse-prezident

    • Soltan Bayramov — 4SİM (Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi), icraçı direktorun müavini

    • Rüfət Əzizov — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

    • İnarə Vəliyeva - Təhsil layihələri üzrə direktor, RİNN

Masterklaslar — I sessiya

    • Fərid Hüseynov — Lambda Labs, təsisçi və baş icraçı direktor  |  AI həlləri

    • Azər Sanılı — Start IT, direktor  |  Biznes həlləri

    • Ümid Salay — Code Academy, Kreativ AI rəhbəri  |  AI və təhsil

    • Kamal Mustafayev — Handex Təhsil Mərkəzi, direktor müavini  |  Data idarəçiliyi

    • Əbülfəz Mustafazadə — Azerconnect Group, İnsan resursları datası və rəqəmsallaşdırma üzrə baş mütəxəssis  |  Data idarəçiliyi

Masterklaslar — II sessiya

    • Ramin Səfərov — AIWorks, təsisçi, direktor və AI mühəndisi  |  Biznes həlləri

    • İlkin İbrahimov — Azercell Telekom, brend menecmenti üzrə mütəxəssis  |  Dizayn və yaradıcılıq

    • Elnarə Məcidova — Hazar Human Capital Studio, təsisçi və idarəedici tərəfdaş  |  Şəxsi effektivlik

    • Fərid Musayev — Xəzər Universiteti, İT departamentinin rəhbəri  |  Şəxsi effektivlik

    • İmran Şıxlinskiy — Spark AI Technologies, biznesin inkişafı üzrə rəhbər  |  İnsan resursları

Qeydiyyat

Zirvədə iştirak üçün qeydiyyat və tam proqramla tanış olmaq üçün: www.aisummit.az

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment