Digər xəbərlər


Regional Turizm Şuralarının iclasları keçirilib
15.10.2026

13-14 oktyabrda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qəbələ və Qax rayonlarında Qəbələ, Qax-Balakən Regional Turizm Şuralarının iclasları keçirilib. İclaslarda Dövlət Turizm Agentliyinin, yerli icra hakimiyyətinin nümayəndələri, Şuranın işçi qrupunun üzvləri də daxil olmaqla, ümumilikdə 30-a yaxın dövlət qurumundan 100-ə yaxın şəxs iştirak edib.

Hər iki iclasda Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, Regional Turizm Şuralarının sədri Kənan Quluzadə çıxış edib. O, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın mahiyyəti, ölkədə turizm sənayesinin inkişafına verəcəyi töhfələr və Proqramdan irəli gələn vəzifələr barədə məlumat verib. Regionların inkişafına dair “Təkliflər Planı”nda əks olunan Turizmdə əlçatanlıq və infrastruktur, Turizm məhsulları və təcrübələri, Turizmdə marketinq, təbliğat və rəqəmsallaşma, Turizm sənayesinin inkişafı, Turizmdə insan resursları və keyfiyyət standartları kimi fəaliyyət istiqamətləri, əsas icraçı qurumların görəcəyi işlər geniş müzakirə olunub.

Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Regional Turizm Şurasının fəaliyyətinin regionun turizm potensialının inkişaf etdirilməsinə mühüm töhfələr verdiyini bildirib.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan Prezidentinin müəyyən etdiyi turizm strategiyasına uyğun olaraq rayonun təbii, mədəni və tarixi potensialının dayanıqlı inkişafının əhəmiyyətini vurğulayıb. Qaxın turizm imkanlarının tanıdılması məqsədilə kitab layihələrinin, intellektual turizm təşəbbüslərinin və müxtəlif mədəniyyət festivallarının uğurla həyata keçirildiyini, təşkil edilmiş festivallarda iştirakçı sayının 70 mini ötdüyünü qeyd edib. O, yerli əhali və turizm sektoru ilə əməkdaşlıq çərçivəsində qarşıya qoyulan hədəflərin qısa müddətdə və səmərəli şəkildə reallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirib. Həmçinin Şuranın regionda uzunmüddətli və dayanıqlı turizmin inkişafına mühüm töhfə verəcəyini söyləyib.

Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov rayonun zəngin təbiətinin, qədim tarixi abidələrinin və Katex şəlaləsi kimi unikal təbiət obyektlərinin turizm inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcudluğunun və rayonun əlverişli coğrafi mövqeyinin ekoturizmin genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib.

Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov Azərbaycanın bu bölgələrinin turizm baxımından daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan bəhs edib.

Azərbaycan Turizm Bürosunun Destinasiyaların inkişafı və turizm məhsulu departamentinin müdiri Heybət Vəliyev Büro tərəfindən həyata keçirilən marketinq fəaliyyətləri, turizm nişanlarının tətbiqi, eləcə də xarici ölkələrdən media nümayəndələrinin və turizm şirkətlərinin təmsilçilərinin regiona tanışlıq səfərlərinin təşkili barədə məlumat verib.

Hesabat xarakteri daşıyan hər iki iclasda iştirakçıların rəy və təklifləri də dinlənilib. Sonda regionun turizm potensialından daha səmərəli istifadə edilməsi, mövcud problemlərin həlli və qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə aidiyyəti qurumlarla birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment