Banklar


Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
15.10.2026

Yelo Bank 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində Bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapital göstəriciləri isə güclənib.

Kredit portfeli ilin əvvəlindən 61,2 milyon manat artaraq 1 milyard 150 milyon manata çatıb. Artımın əsas hissəsi biznes kreditlərinin payına düşür. Real sektorun maliyyələşdirilməsi Bankın prioritetində qalmağa davam edir və biznes kredit portfeli 46,9 milyon manat böyüyərək 721 milyon manata yüksəlib. İstehlak kredit portfeli isə ilin əvvəlindən 14,4 milyon manat artaraq 430 milyon manata çatıb.

Bankın təklif etdiyi əmanət şərtlərinin cəlbediciliyi sayəsində fiziki şəxslərin əmanətləri ilin əvvəlindən 15 milyon manat artaraq 946 milyon manata çatıb. Ümumi əmanət portfeli isə rübün sonuna 1 milyard 91 milyon manat təşkil edib. Bankın ümumi aktivləri eyni dövrdə 43 milyon manat artaraq 1 milyard 559 milyon manat olub.

Gəlirlər də artım tempini qoruyub. Faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 17,4% artaraq 154 milyon manata çatıb, xalis faiz gəliri isə 8,8% artımla 88 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri 7 milyon manat olub.

Bankın kapital bazası da möhkəmlənib. Məcmu kapital ilin əvvəlindən təxminən 14 milyon manat artaraq 189 milyon manata çatıb. Məcmu kapitalın adekvatlıq əmsalı 14,35%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11,69% təşkil edir. Hər iki göstərici tələb olunan normanı üstələyir və ilin əvvəli ilə müqayisədə yüksəlib.

Bank xidmətləri, eləcə də kredit kalkulyatoru ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment