Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak məqsədilə Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfəri başlayır.
İllik Toplantılar çərçivəsində Mərkəzi Bankın nümayəndə heyətinin Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında və bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur. Bu müddətdə DB və BVF-nin rəhbər vəzifəli şəxsləri, aparıcı maliyyə-investisiya institutlarının nümayəndələri və təşkilatların rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılır.