Digər xəbərlər


Azərbaycan–Kamboca biznes forumu keçirilib
13.10.2026

Bakıda keçirilən Azərbaycan–Kamboca biznes forumunda iki ölkə arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib, Anlaşma Memorandumu mübadilə olunub.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan–Kamboca biznes forumu keçirilib. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, maliyyə, turizm, səhiyyə, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.

Forumda çıxış edən Kamboca Krallığının Baş naziri Samdeç Moha Borvor Thipadei Hun Manet iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı investisiya imkanlarının artırılması məsələlərinə toxunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Kamboca arasında iqtisadi əlaqələrin inkişafı, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarından danışıb. Sənaye, kənd təsərrüfatı, enerji, turizm, maliyyə və informasiya texnologiyaları sahələrində təmsil olunan işgüzar dairələrin iştirakı ilə keçirilən forumun yeni tərəfdaşlıq perspektivlərinin dəyərləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Biznes nümayəndələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyi qeyd edilib.

Kambocanın ticarət naziri Çam Nimul ölkəsinin biznes və investisiya imkanları, ticarət əlaqələrinin inkişaf perspektivləri, eləcə də Azərbaycan şirkətləri ilə işbirliyinin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Kamboca Ticarət Palatasının prezidenti, ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Oknha Kith Meng biznes forumun iki ölkənin iş adamları arasında yeni tərəfdaşlıqların qurulmasına, qarşılıqlı investisiyaların təşviqinə və iqtisadi sahədə birgə fəaliyyətin inkişafına töhfə verəcəyini bildirib.

Forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə edilib.

Tədbirdə Azərbaycan və Kambocanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib, iş adamları arasında qarşılıqlı maraq doğuran tərəfdaşlıq istiqamətlərinin, yeni biznes əlaqələrinin qurulmasının və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirə edildiyi B2B görüşlər təşkil olunub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment