Dünya xəbərləri


Azərbaycanın ilboyu turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub
12.10.2026

5-8 oktyabr tarixlərində Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi “Absheron Hotel Group” (AHG) ilə birgə Trabzon, Qaziantep, Bursa və Konya şəhərlərində silsilə seminarlar təşkil edib.

Tədbirlər Türkiyənin turizm sənayesi və media sahəsindən 250-yə yaxın nümayəndəni bir araya gətirib. Seminarlar çərçivəsində Azərbaycanın zəngin tarixi-mədəni irsi, təbii müxtəlifliyi və müxtəlif səyahət təcrübələri barədə məlumat verilib. Dağ turizmi, açıq hava fəaliyyətləri, şəhər turizmi və mədəni marşrutlar ölkənin ilboyu turizm imkanları sırasında təqdim olunub.

Təqdimatlarda qış turizminə xüsusi diqqət yetirilib, Azərbaycanın dağlıq ərazilərində mövsümi istirahət imkanları diqqətə çatdırılıb. Şuşanın tarixi-mədəni irsi ilə yanaşı, biznes turizmi istiqamətində potensialı vurğulanıb.

Seminarlar çərçivəsində keçirilən B2B görüşlərdə Azərbaycan və Türkiyə turizm sənayesinin nümayəndələri arasında fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirlər ATB-nin Türkiyə bazarında Azərbaycanın mövqeyinin gücləndirilməsi, sektor nümayəndələri ilə əlaqələrin genişləndirilməsi və ölkənin ilboyu səyahət istiqaməti kimi təşviqi istiqamətində fəaliyyətinin tərkib hissəsidir.

2026-cı ilin yanvar-sentyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6.4% artaraq 355 045 nəfər təşkil edib.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment