Dünya xəbərləri


Azərbaycanın turizm imkanları Polşanın üç şəhərində təqdim olunub
12.10.2026

6-8 oktyabr tarixlərində Azərbaycan Turizm Bürosu (ATB) Polşanın Qdansk, Poznan və Varşava şəhərlərində keçirilən “AVIAREPS Around the World Roadshow Poland 2026” tədbirində iştirak edib.

Tədbirlərdə Polşan turizm sənayesinin 70-ə yaxın nümayəndəsi iştirak edib. Görüşlər zamanı Azərbaycanın turizm potensialı, tarixi-mədəni irsi, təbiət və dağ turizmi, həmçinin qış turizmi imkanları barədə məlumat verilib.

Tədbirlər çərçivəsində keçirilən işgüzar görüşlərdə iki ölkənin turizm sektoru arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.

“AVIAREPS” aviasiya, turizm və qonaqpərvərlik sahələrində fəaliyyət göstərən beynəlxalq təmsilçilik, marketinq və ictimaiyyətlə əlaqələr şirkətidir. 1994-cü ildə təsis olunan şirkət 71 ölkədə 76-dan çox ofis vasitəsilə fəaliyyət göstərir.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən Polşa vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13%-dən çox artaraq 9 351 nəfər təşkil edib.

Polşadan Azərbaycana səfərləri dəstəkləyən amillərdən biri birbaşa hava əlaqəsidir. “LOT Polish Airlines” aviaşirkəti Varşava-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirir. Polşa vətəndaşları, həmçinin elektron viza sistemi vasitəsilə Azərbaycana səfər üçün viza əldə edə bilərlər.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment