BOKT “Embafinans” QSC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
08.10.2026
8 Oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT “Embafinans” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 14.10.2026-cı il tarixində başlayıb, 27.10.2026-cı il tarixində (10 iş günü) bitəcəkdir.
AZ2018020605 İSİN kodlu istiqrazların yerləşdirilməsi 28.10.2026-cı il tarixində baş tutacaqdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
BOKT “Embafinans” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2018020605
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
40,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
4,000,000 manat
İllik gəlirlilik faizi
13%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir