Digər xəbərlər


Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib
07.10.2026

Bakıda energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

İclasda Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, siyasi dialoq, iqtisadiyyat və ticarət, enerji, nəqliyyat və rəqəmsal infrastruktur, kənd təsərrüfatı, humanitar və səhiyyə sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Böyük Britaniyanın üç onillikdən artıq müddətdə Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğu vurğulanıb. Qeyd edilib ki, 39 milyard ABŞ dollarından çox investisiya ilə Birləşmiş Krallıq Azərbaycanda ən böyük xarici investordur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 67 faiz artıb. Bu ilin ilk yarısında isə ticarət dövriyyəsi 5,5 dəfə artaraq 3,6 milyard ABŞ dollarına çatıb, Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə yüksəlib.

bp ilə uzunmüddətli əməkdaşlığın AÇG-də səmt qazı hasilatına başlanması, “Şahdəniz” Kompressiya, “Şəfəq-Asiman”, “Qarabağ” və “Əşrəfi-Dan Ulduzu-Aypara” layihələri, həmçinin Özbəkistanda birgə fəaliyyətlə davam etdiyi qeyd olunub. Gələn il istismara verilməsi nəzərdə tutulan 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası və onun enerjisi hesabına Səngəçal terminalının dekarbonizasiyasının enerji keçidinin nümunəvi modeli olduğu vurğulanıb. Azərbaycanın Xəzər regionu və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə 2029-cu ildə Yekun İnvestisiya Qərarının qəbulunun hədəfləndiyi bildirilib. Böyük Britaniyanın bu və digər yaşıl enerji bağlantısı layihələrində fəal iştirakı təşviq edilib. Britaniyanın “Xlinks” şirkətinin bu istiqamətdə əməkdaşlığa qoşulması birgə fəaliyyət üçün yeni imkan kimi qiymətləndirilib.

2025-ci ildə Azərbaycan və Böyük Britaniya arasında tranzit yükdaşımaların 14 faiz artması nəqliyyat sahəsində əməkdaşlığın müsbət dinamikasının göstəricisi kimi qiymətləndirilib. Orta Dəhliz boyunca infrastruktur və logistika layihələrində Britaniya şirkətlərinin, eləcə də Böyük Britaniyanın İxrac Kredit Agentliyinin - UKEF-in daha fəal iştirakı təşviq edilib.  Həmçinin süni intellekt, kibertəhlükəsizlik, data mərkəzləri və insan kapitalının inkişafı üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, bu sahələr üzrə Yol Xəritəsinin hazırlanması, həmçinin Böyük Britaniyanın aparıcı universitetləri ilə birgə təhsil proqramlarının yaradılması imkanları müzakirə edilib. İclasda Böyük Britaniyanın Azərbaycanın minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstək, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafı da müsbət qiymətləndirilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıqla dostluq əlaqələrinin möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. “Əldə etdiyimiz nəticələr münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək üçün möhkəm zəmin yaradıb. Bunun üçün həm siyasi iradə, həm də geniş əməkdaşlıq potensialı var. Bugünkü iclas çərçivəsində imzalanan sənədlər, eləcə də əhatəli Fəaliyyət Planının qəbulu siyasi dialoqumuzun konkret nəticələrə çevrildiyini göstərir. Əsas vəzifəmiz razılaşmaları əməli nəticələrə, mövcud potensialı isə yeni layihələrə çevirməkdir”.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvar bildirib: “Böyük Britaniya və Azərbaycan uzun illər ərzində bir sıra mühüm sahələrdə investisiya və əməkdaşlığa əsaslanan möhkəm tərəfdaşlıq qurub. Bugünkü dialoq təmiz enerjidən süni intellektə qədər müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməklə strateji tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq istiqamətində ortaq iradəmizi nümayiş etdirir. Bu, biznes üçün yeni imkanların açılmasına və hər iki ölkədə iqtisadi artımın sürətləndirilməsinə şərait yaradacaq.”

İclasın yekununda Protokol, eləcə də yaşıl enerji və nəqliyyat bağlantıları, şəhər mobilliyi sahələrində əməkdaşlığı əhatə edən 4 sənəd imzalanıb. Sənədlər sırasında “Interocean–Green Line Shipping” birgə müəssisəsinin yaradılması və “Chapman Taylor–PMD Development” layihəsi üzrə razılaşmalar, Mərkəzi Asiya-Azərbaycan Yaşıl Dəhlizi üzrə “Xlinks-Green Corridor Alliance” arasında və “Xlinks-Green Line Shipping” arasında Anlaşma Memorandumları  yer alır. Həmçinin 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı qəbul edilib.


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment