2026-cı ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 339 446 vətəndaş müraciəti qeydə alınıb.
Müraciətlərdən 129 188-i pensiya, 88 355-i müavinət, 14 450-si Prezident təqaüdü, 53 390-ı ünvanlı dövlət sosial yardımı, 11 769-u fərdi uçot və sosial sığorta, 937-si dövlət icbari şəxsi sığorta, 41 357-si isə digər istiqamətlərlə bağlı olub.