Digər xəbərlər


Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub
07.10.2026

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

Oktyabrın 6-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (RƏT) Baş katibi xanım Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə rəqəmsal transformasiya və innovasiyaların maliyyələşdirilməsi məsələləri müzakirə edilib. Milli rəqəmsal prioritetlərin maliyyələşdirilməsi, dövlət investisiyalarının səmərəliliyinin artırılması, innovativ maliyyələşdirmə mexanizmləri, eləcə də rəqəmsal infrastruktur və innovasiya sahələrində investisiya tərəfdaşlıqlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Sahil Babayev rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal iqtisadiyyatların inkişafı və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində RƏT-nin rolunu yüksək qiymətləndirib. Azərbaycanın RƏT-ə üzvlüyünün təsdiq edilməsi ilə bağlı qərarın məmnunluqla qarşılandığını bildirən nazir RƏT ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

S.Babayev bildirib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin rəqəmsal transformasiya gündəliyinin əsas istiqamətlərini müəyyən edir və süni intellekt, innovasiya, kibertəhlükəsizlik və digər prioritet sahələri əhatə edir. Nazir qeyd edib ki, rəqəmsal inkişaf məsələləri ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə yaradılmış Rəqəmsal İnkişaf Şurası  rəqəmsal inkişafın əsas istiqamətləri üzrə dövlət siyasətinin formalaşdırılması və əlaqələndirilməsini, müvafiq tədbirlərin icrasının koordinasiyasını və bu sahədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin edir.

Görüşdə, həmçinin dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib. Bildirilib ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) büdcə idarəçiliyi, xəzinədarlıq, mühasibat uçotu, dövlət satınalmaları və dövlət əmlakının idarə edilməsi üzrə proseslərin vahid rəqəmsal mühitdə inteqrasiyasına, onların daha səmərəli, çevik və operativ şəkildə həyata keçirilməsinə imkan yaradır.

Eyni zamanda, dövlət maliyyəsinin idarə edilməsində süni intellekt texnologiyalarının tətbiqi imkanlarına toxunan S.Babayev RDMİS çərçivəsində süni intellekt texnologiyalarına əsaslanan həllərin hazırlanmasına başlanıldığını bildirib. Qeyd olunub ki, gələcəkdə bu texnologiyalardan maliyyə təhlili, risklərin müəyyənləşdirilməsi, proqnozlaşdırma, anomaliyaların aşkarlanması və qərarların qəbulunun dəstəklənməsi məqsədilə istifadə üçün geniş imkanlar mövcuddur.

Öz növbəsində, xanım Dima Əl-Yahya rəqəmsal transformasiya və dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. O, RƏT çərçivəsində rəqəmsal inkişaf, süni intellekt, innovasiya və investisiya tərəfdaşlıqları üzrə Azərbaycanla təcrübə mübadiləsinin və praktiki əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı, həmçinin xəzinə sisteminin modernləşdirilməsi, rəqəmsal transformasiya layihələrinin maliyyələşdirilməsi və investisiya imkanları müzakirə olunub. Bu istiqamətdə dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə yanaşı, özəl kapitalın və beynəlxalq maliyyə institutlarının maliyyə resurslarının səfərbər edilməsinin, habelə rəqəmsal infrastruktur və innovasiya layihələrinə investisiyaların təşviqinin mühüm əhəmiyyət daşıdığı qeyd edilib. 

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment