2 oktyabr 2026-cı il tarixində Xəzər Universiteti və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə “Azərbaycanın Kapital Bazarının Tədqiqi: Mövcud Mənzərə və Perspektivlər” mövzusunda seminar keçirilib.
Tədbir çərçivəsində Bakı Fond Birjasının Baş İqtisadçısı Emin Əliyev Azərbaycanın kapital bazarının cari vəziyyəti, son illərdə müşahidə olunan inkişaf dinamikası və bazarın gələcək perspektivləri barədə geniş məlumat verilib. Eyni zamanda, kapital bazarının iqtisadiyyatda rolu, əsas maliyyə alətləri və bazarın inkişafına təsir edən amillər barədə fikir mübadiləsi aparılıb.
Seminar tələbələrin Azərbaycan kapital bazarı ilə bağlı biliklərinin genişləndirilməsi, mövcud bazar imkanlarının daha yaxından öyrənilməsi və gələcək inkişaf istiqamətləri üzrə müzakirələrin aparılması baxımından faydalı platforma yaradıb.
Bakı Fond Birjası tərəfindən ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu kimi maarifləndirici təşəbbüslər kapital bazarı üzrə bilik və məlumatlılığın artırılmasına, xüsusilə gənclər arasında maliyyə savadlılığının inkişafına töhfə verməyi hədəfləyir.