Digər xəbərlər


Azərbaycan-Yunanıstan biznes forumu keçirilib
02.10.2026

Afinada Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası çərçivəsində biznes forumu keçirilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Yunanıstanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (Enterprise Greece) təşkilatçılığı ilə forumda hər iki ölkənin şirkətləri iştirak edib.

Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, qlobal iqtisadi münasibətlərin və təchizat zəncirlərinin yenidən formalaşdığı, şaxələndirilmiş enerji və nəqliyyat bağlantılarının əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar regional əməkdaşlıq, ticarət və investisiyalar üçün geniş imkanlar açır. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat bağlantılarının, logistika və rəqəmsal infrastrukturun inkişafı istiqamətində həyata keçirilən siyasətin ölkənin investisiya cəlbediciliyini gücləndirdiyi qeyd olunub. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70 faizi ötdüyü, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya yatırıldığı diqqətə çatdırılıb.

Azərbaycanın yalnız kapital cəlbində deyil, yeni texnologiya, bilik və təcrübə gətirən, istehsal və ixrac imkanlarını genişləndirən uzunmüddətli investisiya tərəfdaşlıqlarında maraqlı olduğu vurğulanıb. Yunanıstan biznesi üçün enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, sənaye və istehsal, kənd təsərrüfatı, qida emalı və turizm perspektivli əməkdaşlıq istiqamətləri kimi təqdim edilib. Cənub Qaz Dəhlizi ilə formalaşmış enerji tərəfdaşlığının yaşıl enerji və yeni enerji bağlantıları ilə genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin artan əhəmiyyəti vurğulanaraq Azərbaycanın strateji mövqeyi ilə Yunanıstanın liman və dənizçilik imkanlarının uzlaşdırılmasının Şərq-Qərb bağlantılarının Aralıq dənizi və Avropa bazarlarına çıxışını genişləndirə biləcəyi bildirilib. Rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur, sənaye və istehsal sahələrində əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib. Ələt Azad İqtisadi Zonası, sənaye parkları və müasir logistika infrastrukturu Yunanıstan şirkətləri üçün Azərbaycanda istehsal və daha geniş regional bazarlara çıxış baxımından əlverişli imkanlar kimi təqdim olunub.

Yunanıstan biznes dairələri Azərbaycanın investisiya imkanlarından fəal yararlanmağa, yeni layihələrin həyata keçirilməsinə və uzunmüddətli tərəfdaşlığa dəvət edilib. Forumun qarşılıqlı investisiyaların artırılmasına və Azərbaycan-Yunanıstan iqtisadi əməkdaşlığının konkret layihələrlə zənginləşdirilməsinə töhfə verəcəyinə inam ifadə edilib.

Forum işini şirkətlər arasında B2B görüşlərlə davam etdirib.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment