Neft və qaz


Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb
02.10.2026

Belqradda SOCAR, Serbiyanın dövlət enerji müəssisəsi "Serbiya Elektrosənayesi" (EPS) və "Srbijagas" şirkəti arasında Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb.

Sənədi SOCAR prezidentinin müşaviri, “SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov, EPS-in baş direktoru Duşan Jivkoviç və “Srbijagas”ın baş direktoru Duşan Bayatoviç imzalayıblar.

500 MVt gücündə stansiyanın inşasını və birgə müəssisənin təsis edilməsini nəzərdə tutan sənədə əsasən, birgə müəssisədə Serbiya iştirakçılarının payı 50%, Azərbaycan tərəfinin payı isə 50% təşkil edəcək. Sənəd tərəflərin hüquq və öhdəliklərini, birgə idarəetmə prinsiplərini, hazırlıq mərhələsində əsas qərarların yekdilliklə qəbul edilməsi qaydasını, həmçinin layihə işlərinin maliyyələşdirilməsi şərtlərini təsbit edir.

Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç, SOCAR prezidentinin müşaviri Elçin İbadov, EPS-in baş direktoru Duşan Jivkoviç, “Srbijagas”ın baş direktoru Duşan Bayatoviç çıxış ediblər.

Çıxışlarda bu cür layihələrin ölkə liderlərinin siyasi iradəsi nəticəsində Azərbaycan ilə Serbiya arasında formalaşmış strateji tərəfdaşlıq əlaqələrinə əsaslandığı qeyd olunub. Layihənin Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, elektrik enerjisi sisteminin sabitləşdirilməsinə töhfə verəcəyi bildirilib.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment