Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – sağlam işçi, sağlam mühit” mövzusunda maarifləndirici tədbir keçirilib
02.10.2026

1 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin birgə əməkdaşlığı ilə Mərkəzi Gömrük Hospitalında “Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunmuş “Layiqli əmək – sağlam işçi, sağlam mühit” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev, Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqı Birliyinin sədri Şəhla Mirzəzadə, o cümlədən həkimlər, rezidentlər, tibb bacıları, texniklər və digər əməkdaşlar iştirak ediblər. 

Tədbirdə salamlama nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım vurğulayıb ki, iş yerində əmək təhlükəsizliyinin təmin olunmasının, əməkdaşların peşəkar fəaliyyəti ilə yanaşı, sağlam və etibarlı iş mühitində çalışmasının göstərilən xidmətin keyfiyyətini birbaşa müəyyən edən əsas amillərdəndir.

Tədbirdə həmçinin Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev təşkilatın mövqeyindən çıxış edərək mövzu ətrafında fikir və mülahizələrini bölüşüb. O, bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova əməkdaşlığına görə təşəkkürünü bildirib.

Daha sonra Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqı Birliyinin sədri Şəhla Mirzəzadə "Layiqli əmək: təhlükəsiz iş mühiti və əməkdaşların rifahı" mövzusunda çıxış edərək ilk növbədə “Ümumdünya Layiqli Əmək Günü”nün xüsusi əhəmiyyətindən, adekvat iş-istirahət rejimindən, asudə vaxtın təşkilindən və təhlükəsiz iş şəraitinin vacibliyindən söz açıb. O, tibb müəssisələrində əməyin mühafizəsinin müstəsna rolunu vurğulayaraq, Həmkarlar İttifaqının İdarə daxilində bu istiqamətdəki fəaliyyətini diqqətə çatdırıb.

Daha sonra Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin rəisi İlqar Qasımov “Əməyin təhlükəsizliyi: peşə sağlamlığı və ətraf mühit” mövzusunda çıxış edərək iş yerində təhlükəsizlik texnologiyalarının tətbiqi, peşə sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdən bəhs edib. Daha sonra isə həkim-infeksionist Mədinə Abdullayeva “Tibb işçilərinin peşə təhlükəsizliyi” mövzusunda çıxış edərək tibb heyətinin gündəlik fəaliyyətində infeksion təhlükəsizlik qaydaları, qoruyucu vasitələrdən düzgün istifadə və peşə risklərinin minimuma endirilməsi barədə ətraflı məlumat verib. 

Tədbir interaktiv müzakirələrlə, iştirakçıları maraqlandıran sualların cavablandırılması və irəli sürülən təkliflərin dəyərləndirilməsi ilə başa çatıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment