Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək
02.10.2026
Oktyabrın 6-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İSİN kodunun verilmə tarixi
2026-cı il 1 oktyabr
Qiymətli kağızın İSİN kodu
AZ0201240063
İstiqrazın növü
kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın nominal dəyəri
100,00 (bir yüz) manat
Qiymətli kağızın miqdarı
2.000.000 (iki milyon) ədəd
Məcmu nominal dəyəri
200.000.000,0 (iki yüz milyon) manat
Kupon dərəcəsi
6.0%
Tədavül müddəti
720 gün
Kupon ödənişləri
2027-ci il 6 aprel, 2027-ci il 6 oktyabr,
2028-ci il 6 aprel, 2028-ci il 6 oktyabr
Ödəniş tarixi
2028-ci il 6 oktyabr
Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.