Digər xəbərlər


İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
01.10.2026

Yeni istehsal müəssisəsi yaratmaq, mövcud biznesi genişləndirmək və ya yeni texnologiyalara investisiya yatırmaq istəyən sahibkarlar üçün əsas məsələlərdən biri xərclərlə bağlıdır. Avadanlığın alınması və idxalı, istehsal sahəsinin yaradılması, torpaq və əmlakla bağlı xərclər və s. investisiya layihəsinin maliyyə yükünü artıra bilər.

Belə layihələrin həyata keçirilməsini dəstəkləmək məqsədilə Azərbaycanda investisiya təşviqi mexanizmi tətbiq olunur.

2016-cı ildən fəaliyyət göstərən bu mexanizm sahibkarların investisiya layihələrinə müəyyən vergi və gömrük güzəştlərinin tətbiq edilməsini nəzərdə tutur. Bununla da dövlət tərəfindən prioritet hesab olunan sahələrə investisiyaların təşviq edilməsi, yerli istehsalın genişləndirilməsi və yeni istehsal imkanlarının yaradılması dəstəklənir.

Cari ilin iyun ayında investisiya təşviqi sənədi verilən strateji istiqamətlərin əhatə dairəsi daha da genişləndirilib.

İnvestisiya təşviqi mexanizm sahibkara nə verir?

İnvestisiya təşviqi sənədini hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər əldə edə bilərlər. Sahibkar sənədin verildiyi tarixdən etibarən 7 il müddətində aşağıdakı güzəştlərdən yararlanır:

mənfəət və ya gəlir vergisinə 50 faiz güzəşt;

torpaq və əmlak vergisindən azadolma;

texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və ƏDV-dən azadolma.

Beləliklə, investisiya təşviqi sənədi layihənin yaradılması və fəaliyyətinin ilk illərində sahibkarın xərclərinin azalmasına imkan verir. Bu dəstəyin nəticəsi yalnız güzəştlərin tətbiqi ilə məhdudlaşmır. Mexanizm vasitəsilə istehsalın genişləndirilməsi, yeni məhsulların yaradılması, texnoloji avadanlıqların ölkəyə gətirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların yönəldilməsi stimullaşdırılır.

Strateji istiqamətlərin sayı 17-yə çatdırılıb

Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin iyun ayında imzaladığı Fərmanla investisiya təşviqi sənədi verilən strateji istiqamətlərin sayı 17-yə çatdırılıb. Dəyişikliklə xüsusilə kənd təsərrüfatı, aqrar istehsal və emal, eləcə də İKT üzrə sənaye məhsullarının istehsalı sahələrində yeni investisiya imkanları yaradılıb. Hazırda 1 yanvar 2029-cu ilədək aşağıdakı strateji istiqamətlər üzrə layihələrə investisiya təşviqi sənədi verilir:

- Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;

- Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri;

- Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;

- Tullantıların idarə olunması və təkrar emalı layihələri;

- Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

- Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;

- 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;

- Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri;

- Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;

- Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

- Hərbi təyinatlı məhsulların istehsalı layihələri;

- Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri;

- Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri;

- Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri;

- Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri;

- Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri;

- İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri.

Yeni istiqamətlərin əksər hissəsinin kənd təsərrüfatı ilə bağlı olması diqqət çəkir. Artıq yalnız kənd təsərrüfatı məhsulunun istehsalına deyil, bu sahənin bütün dəyər zəncirini əhatə edən layihələrinə də investisiya təşviqi imkanları yaradılıb. Sahibkarın aqroparkda məhsul istehsalı və emalı müəssisəsi qurması, gübrə, pestisid, toxum və yem istehsal etməsi, məhsulların çeşidlənməsi və qablaşdırılması üçün müəssisə yarada bilməsi üçün güzəştlər nəzərdə tutulur. Eyni zamanda kənd təsərrüfatı texnikalarının, elevator və taxıl siloslarının, soyuducu anbarların, həmçinin çeşidləmə, saxlama və qablaşdırma avadanlıqlarının istehsalı da təşviq mexanizminin əhatə dairəsinə daxil edilib. Müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı layihələri üçün də ayrıca imkan yaradılıb. Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş və minimum 3 hektar sahəyə malik IV nəsil istixana komplekslərinin yaradılması belə layihələr sırasındadır.

İKT üzrə sənaye məhsullarının istehsalının ayrıca strateji istiqamət kimi müəyyənləşdirilməsi isə texnologiya əsaslı istehsal layihələrinin də mexanizmdən yararlanmasına imkan verir.

Rəqəmlər mexanizmin müsbət təsirinin göstəricisidir

Bu günədək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi almış 552 layihə artıq fəaliyyətə başlayıb. Bununla yanaşı, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 6604 təsdiqedici sənəd verilib. Ümumi dəyəri 1,5 milyard ABŞ dolları olan texnika, texnoloji avadanlıq və qurğuların idxalı həyata keçirilib. Sahibkarların idxal zamanı tətbiq olunan vergi və rüsumlar üzrə əldə etdiyi güzəştlərin məbləği isə 350,5 milyon ABŞ dolları təşkil edib.

Bu göstəricilər investisiya təşviqi mexanizminin sahibkarlar üçün real iqtisadi fayda yaradan və investisiya layihələrinin həyata keçirilməsinə dəstək verən səmərəli alət olduğunu göstərir.

Sahibkarlar sənədin əldə edilməsi ilə bağlı hara müraciət edə bilər?

Sahibkarlar strateji istiqamətlər üzrə investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evlərinə müraciət edə bilərlər. Əlavə məlumat və məsləhət üçün 131 Çağrı Mərkəzinə müracət etmək mümkündür.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment