Dünya xəbərləri


Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub
01.10.2026

Azərbaycanın qədim İpək Yolu irsindən müasir dağ-xizək kurortlarınadək uzanan ilboyu səyahət imkanları Brüsseldə keçirilən “Euronews Travel & Tourism Summit 2026” sammitində beynəlxalq auditoriyaya təqdim olunub. 

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid sammit çərçivəsində “Azərbaycan: İpək Yolundan xizək yamaclarınadək” sessiyasında və “Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ” panel müzakirəsində Azərbaycanın turizm imkanlarından bəhs edib.

Azərbaycanın Avropa ilə Asiya arasında təbii qovşaq kimi mövqeyi, zəngin tarixi-mədəni irsi və turizm məhsulları ölkənin beynəlxalq səyahətçilər üçün cəlbediciliyini artıran əsas üstünlüklər kimi önə çıxarılıb.

“Azərbaycan ziyarətçilərə bir səfər çərçivəsində qədim tarix, zəngin mədəniyyət, müasir şəhər həyatı, dağ mənzərələri və qış turizmini bir arada kəşf etmək imkanı verir. Avropa ilə genişlənən birbaşa hava əlaqələri isə ölkəmizi beynəlxalq səyahətçilər üçün daha əlçatan edir”, - deyə Florian Zenqstşmid bildirib.

Azərbaycanın beynəlxalq səyahətçilər üçün əlçatanlığının genişlənməsi də sammitdə önə çıxarılan mövzulardan olub. 2027-ci il mayın 8-dən Bakı-Brüssel marşrutu üzrə birbaşa uçuşların başlanmasının Avropa bazarından Azərbaycana səyahət imkanlarını genişləndirəcəyi bildirilib. Elektron viza sistemi və sadələşdirilmiş səyahət prosedurları da ölkəyə səfərlərin daha rahat planlaşdırılmasına imkan yaradır.

“Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ” panelində Qırğızıstanın Belçikadakı səfiri və ölkənin Avropa İttifaqındakı missiyasının rəhbəri Aidit Erkin, həmçinin Çin Xalq Respublikasının Avropa İttifaqındakı missiyasının nazir-müşaviri Su Chen də iştirak edib. Panel çərçivəsində artan bağlantılılığın beynəlxalq səyahətlərə təsiri və yeni turizm marşrutlarının inkişaf perspektivləri müzakirə olunub. Florian Zenqstşmid Azərbaycanın genişlənən hava əlaqələri və Şərqlə Qərb arasında strateji mövqeyinin ölkənin beynəlxalq turizm əlaqələrinin inkişafı üçün yaratdığı imkanları diqqətə çatdırıb.

Azərbaycanın qış turizmi imkanları da sammitdə xüsusi diqqət çəkən istiqamətlərdən biri olub. “Şahdağ” Turizm Mərkəzində 2027-ci il martın 5-dən 7-dək Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Dünya Kuboku yarışlarının keçirilməsi Azərbaycanın beynəlxalq qış turizmi məkanı kimi tanıdılması və ölkənin dağlıq regionlarına səyahətlərin təşviqi baxımından əlavə imkanlar yaradır.

Azərbaycanın turizm təklifinin yalnız Bakı ilə məhdudlaşmadığı, ölkənin regionlarının da ziyarətçilərə müxtəlif təcrübələr təqdim etdiyi vurğulanıb. İpək Yolu irsi, qədim yaşayış məntəqələri, dağlıq ərazilər, zəngin təbiət və yerli icmaların mədəni ənənələri Azərbaycanın regionlarını fərqli səyahət təcrübələri axtaran turistlər üçün cəlbedici istiqamətlərə çevirir. Cənubi Qafqazda əməkdaşlığın genişlənməsi isə gələcəkdə bir neçə ölkəni əhatə edən yeni turizm marşrutlarının formalaşması üçün imkanlar yarada bilər.

Turizmin regionların inkişafına və yerli iqtisadiyyata töhfəsinin artırılması da Azərbaycanın uzunmüddətli turizm prioritetləri sırasında yer alır. “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində regionlarda turizm infrastrukturunun təkmilləşdirilməsi, mikrosahibkarlığın dəstəklənməsi və sektorun iqtisadi töhfəsinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Florian Zenqstşmid turizmdə əsas məqsədin yalnız ziyarətçi sayını artırmaq deyil, onların Azərbaycanda qalma müddətini və yerli iqtisadiyyata töhfəsini də yüksəltmək olduğunu bildirib.

Sammit iştirakçıları Azərbaycanın turizm imkanları ilə yanaşı, ölkənin zəngin mətbəxi ilə də tanış olublar. Tərəfdaşlıq çərçivəsində təşkil olunan “Pasport Azərbaycana” (“Passport to Azerbaijan”) adlı işgüzar naharda Azərbaycan mətbəxinin seçilmiş nümunələri təqdim edilib. Təqdimat iştirakçılara ölkənin qastronomik irsini və qonaqpərvərlik ənənələrini dadlar vasitəsilə kəşf etmək imkanı yaradıb.

“Euronews”un televiziya, yayım və “YouTube” platformaları daxil olmaqla qlobal şəbəkəsi vasitəsilə canlı yayımlanan sammit Azərbaycanın turizm imkanlarının beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm platforma rolu oyanyıb. Beynəlxalq auditoriyaya çıxış əldə edən sammit “Euronews”un aylıq 400 milyondan çox istifadəçini əhatə edən qlobal şəbəkəsi vasitəsilə qlobal miqyasda geniş görünürlük qazanıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment