“MJ Finance BOKT” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
30.09.2026
30 Sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Finance BOKT” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 02.10.2026-cı il tarixində başlayıb, 16.10.2026-cı il tarixində (15 təqvim günü) bitəcəkdir.
AZ2003023168 İSİN kodlu istiqrazların yerləşdirilməsinə 19.10.2026-cı il tarixində başlanılacaqdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
“MJ Finance BOKT” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2003023168
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
20,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
2,000,000 manat
İllik gəlirlilik faizi
16%
Ödəmə Periodu
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir