28 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjası Azerconnect şirkətinin əməkdaşları üçün “Azərbaycan Kapital Bazarı və İnvestisiya İmkanları” mövzusunda maarifləndirici sessiya keçirib.
Sessiyanın əsas məqsədi iştirakçıları Azərbaycan kapital bazarının mövcud vəziyyəti, bazarda təqdim olunan investisiya alətləri və fərdi investorlar üçün yaradılan imkanlar barədə məlumatlandırmaq olub.
Sessiya çərçivəsində Azərbaycan kapital bazarının strukturu və inkişaf dinamikası, kapital bazarında təqdim olunan əsas investisiya alətləri, o cümlədən istiqraz və səhmlər, onların xüsusiyyətləri və gəlirlilik imkanları barədə ətraflı məlumat verilib.
Sessiya zamanı iştirakçılar Azərbaycan kapital bazarında fərdi investorlar üçün mövcud imkanlarla bağlı suallarını ünvanlayıb və mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Bakı Fond Birjası tərəfindən həyata keçirilən bu cür maarifləndirici təşəbbüslər kapital bazarı haqqında məlumatlılığın artırılmasına və investisiya mədəniyyətinin formalaşdırılmasına yönəlib.