Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur.
Növbəti səyyar qəbul 7 oktyabr 2026-cı il tarixində Sabirabad rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Beyləqan, İmişli, Saatlı və Sabirabad inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.
Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.
Qeyd edək ki, qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Çağrı mərkəzi və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.