25 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjası 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edərək Azərbaycanın kapital bazarlarının inkişafı, onların iqtisadi diversifikasiyanın dəstəklənməsi və investisiyaların cəlb edilməsində rolu ilə bağlı müzakirələrdə iştirak edib.
Forumun proqramı çərçivəsində “Diversifikasiyanın katalizatoru kimi kapital bazarları: Azərbaycanın inkişaf yoluna Böyük Britaniyanın baxışı” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə Böyük Britaniyanın aparıcı maliyyə və biznes qurumlarının nümayəndələri, eləcə də Bakı Fond Birjasının nümayəndəsi iştirak edib.
AnewZ-nin Baş Qlobal Redaktoru Qay Şonun moderatorluğu altında keçirilən paneldə “UK Export Finance” (UKEF) üzrə Qlobal Biznesin İnkişafı istiqamətinin həmsədri Natalia Sergeeva, “London Stock Exchange Group” (LSEG) üzrə Avropa və İlkin Bazarlar istiqamətinin rəhbəri Ayuna Neçaeva, “Standard Chartered Bank”ın İnkişaf və Agent Maliyyələşdirməsi üzrə İcraçı Direktoru Desislava Radeva, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və “Cambridgeshire Chamber of Commerce”in Beynəlxalq Ticarət və İqtisadi İnkişaf üzrə tərəfdaşı Dr. Ilona Karpanos iştirak ediblər.
Müzakirə Azərbaycanın kapital bazarlarının investisiyaların səfərbər edilməsi və iqtisadi diversifikasiyanın dəstəklənməsi məqsədilə daha da inkişaf etdirilməsi, eləcə də bu istiqamətdə Böyük Britaniya–Azərbaycan əməkdaşlığı və təcrübə mübadiləsi imkanları ətrafında aparılıb.
Bakı Fond Birjasını təmsil edən Ruslan Khalilov Azərbaycanın daxili kapital bazarlarının genişləndirilməsi üzrə prioritetlərə toxunaraq, beynəlxalq tərəfdaşlıqların onların gələcək inkişafına verdiyi töhfəni vurğulayıb. Müzakirələr zamanı həmçinin bazar aktivliyinin və likvidliyin artırılması, emitentlərin sayının genişləndirilməsi, eləcə də bu istiqamətdə Böyük Britaniya və Azərbaycanın maliyyə sektorları arasında daha sıx əməkdaşlıq imkanları müzakirə olunub.
Bakı Fond Birjasının Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakı BFB-nin beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa və Azərbaycan kapital bazarının inkişafına töhfə verən əlaqələrin daha da gücləndirilməsinə davamlı marağını nümayiş etdirir.