Banklar


Mərkəzi Bankın sədri İkinci Beynəlxalq İnvestisiya Forumunda çıxış edib
25.09.2026

Bakıda dünyanın aparıcı investorlarının, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin, eləcə də biznes liderlərinin iştirakı ilə İkinci Beynəlxalq İnvestisiya Forumu keçirilir.

Mərkəzi Bankın sədri Taleh Kazımov və maliyyə naziri Sahil Babayev forum çərçivəsində keçirilən “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: inkişaf naminə tərəfdaşlıqların qurulması” sessiyasının “Qlobal maliyyə perspektivləri və regional təsirlər” mövzusuna həsr olunan tədbirdə çıxış ediblər.

Taleh Kazımov qeyri-müəyyənliklər şəraitində tənzimləyici qurumların fəaliyyətlərində daha çevik və məlumatlara əsaslanan yanaşmaların zəruriliyindən danışıb. O, Orta Dəhlizdə strateji mövqeyə malik nəqliyyat və logistika qovşağı olan Azərbaycanın daha şaxələndirilmiş iqtisadi inkişaf trayektoriyasının formalaşdırılmasında xarici investisiyaların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, ölkəmizin güclü makroiqtisadi göstəriciləri, maliyyə sabitliyi və beynəlxalq reytinqlərinin investorların etimadı üçün mühüm təməl formalaşdırdığını qeyd edib.

Daha sonra tədbir beynəlxalq təşkilatların və yerli maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi müzakirə paneli ilə davam edib. Bu zaman beynəlxalq kapitalın infrastruktur, sənaye və regional bağlantı layihələrinə yönəldilməsi, çoxtərəfli inkişaf bankları, özəl investorlar və maliyyə institutları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Əlavə olaraq kredit reytinqləri və bazara dair məlumatlarının investor etimadının formalaşmasındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və iqtisadi imkanların genişləndirilməsi baxımından mühüm beynəlxalq platforma kimi çıxış edir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment