Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında “Elmi dərəcəsi olan mütəxəssislərlə görüş” keçirilib
25.09.2026

​24 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Elmi dərəcəsi olan mütəxəssislərlə görüş”  keçirilib.

​Tədbirin keçirilməsində əsas məqsəd klinik tədqiqatların və inkişafın dəstəklənməsi, tibb sahəsində elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və müasir elmi nailiyyətlərin praktiki təbabətə tətbiqinin müzakirəsi olub.

​Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbiri açıq elan edərək qonaqları salamlayıb. O, çıxışı zamanı Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyəti, tibbi təhsilin təşkili, Bioetika Komitəsinin fəaliyyəti və klinik tədqiqatların əhəmiyyəti barədə ətraflı məlumat verib. Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov isə çıxışında qeyd olunan istiqamətlər üzrə fikirlərini bölüşüb, həkimləri klinik və elmi tədqiqatlarda daha fəal iştirak etməyə, elmi fəaliyyətlərini inkişaf etdirməyə çağırıb. 

Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkimi, t.e.d. Bəxtiyar Musayev çıxış edərək görüşün təşkil edilmə məqsədinə toxunub, həkimlərin peşəkar inkişafının vacibliyini, həkimlərimizin moderator kimi çıxış etməsinin əhəmiyyətini və hospitalda region üzrə əldə olunan ilk elmi-praktiki nailiyyətləri diqqətə çatdırıb. Spikerlər bu barədə öz təcrübə və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıblar.

​Eyni zamanda, Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin rəisi, uzman patomorfoloq Zərifə Yusifli, uzman üz-çənə cərrahı, implantoloq, Ülviyyə Məmmədova və mama-ginekoloq, t.ü.f.d. Sədi Allahverdiyev çıxış edərək mövzu ilə bağlı öz rəy və təkliflərini bildiriblər.

​Tədbir çərçivəsində elmi dərəcəsi olan tibb işçilərinin potensialından istifadə olunmaqla yeni tədqiqat layihələrinin işlənilməsi, multidissiplinar elmi əməkdaşlığın qurulması, elmi məqalələrin hazırlanması və tibbi inkişaf strategiyalarının reallaşdırılması məsələləri nəzərdən keçirilib.

​İnteraktiv formatda təşkil olunan görüşdə iştirakçılar klinik tədqiqatların gələcək perspektivləri, elmi-mütəxəssis şəbəkəsinin gücləndirilməsi və təcrübə mübadiləsi istiqamətində açıq diskussiya və sual-cavab sessiyasında fəal iştirak ediblər.

​Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının bazasında 2 Əməkdar həkim, 2 tibb üzrə elmlər doktoru, 18 fəlsəfə doktoru, 19 uzman həkim, 5 doktorant, 1 akademik və 1 dosent fəaliyyət göstərir. Mərkəzi Gömrük Hospitalında elmi-praktiki mühitin inkişafına təkan verən bu kimi tədbirlər tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və tibb elminin müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsinə mühüm töhfə verir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment