2027-ci ilin dövlət və icmal büdcələrin layihələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iclasında müzakirə olunaraq bəyənilib.
Bu barədə sentyabrın 24-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib. Yekun qərarın əks olunduğu layihələr “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda qərar qəbul edib.
Qərara əsasən, Maliyyə Nazirliyinin ilkin açıqladığı dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri dəyişdirilməyərək müvafiq olaraq gəlirlər 39234,0 milyon manat, xərclər isə 42400,0 milyon manat məbləğində saxlanılıb.