Dünya xəbərləri


Kaspersky növbəti dəfə SOC 2 auditindən uğurla keçib
25.09.2026

Kaspersky şirkəti növbəti dəfə “Service and Organization Controls 2” (SOC 2 Type 2) ikinci tip auditindən uğurla keçib. Bu audit şirkətin antivirus məlumat bazasının hazırlanması və buraxılması proseslərinin beynəlxalq səviyyədə tanınmış standartlara uyğunluğunu təsdiqləyir – onlar təhlükəsizdir və icazəsiz müdaxilədən etibarlı şəkildə qorunur.

“Service and Organization Controls” Amerika Sertifikatlı İctimai Mühasiblər İnstitutu (American Institute of Certified Public Accountants, AICPA) tərəfindən hazırlanmış kibertəhlükəsizlik risklərinin idarə edilməsi sistemləri üçün qlobal səviyyədə tanınmış hesabat standartıdır. Şirkətin təhlükəsizlik nəzarət mexanizmlərini qiymətləndirmək üçün beş əsas prinsipdən istifadə olunur: təhlükəsizlik (Security), əlçatanlıq (Availability), proseslərin bütövlüyü (Processing Integrity), gizlilik (Confidentiality) və məxfilik (Privacy). Kaspersky 2019-cu ildən etibarən müntəzəm olaraq müstəqil SOC 2 auditlərindən keçir.

Audit illik dövrün – 2025-ci ilin avqustundan 2026-cı ilin iyuluna qədər – nəticələri əsasında aparılıb və işçilərin sorğularını, tətbiq olunmuş nəzarət mexanizmlərinin monitorinqini, müvafiq sənədləşmənin nəzərdən keçirilməsini və əl ilə idarəetmə və monitorinq əməliyyatlarının təkrar təşkilini əhatə edib. Müstəqil ekspertlər Kaspersky-nin “Windows” və “Unix” əsaslı həllər üçün antivirus məlumat bazasının hazırlanması və buraxılış proseslərini nəzərdən keçiriblər. Onlar Kaspersky-nin antivirus məlumat bazasının hazırlanması, sınaqdan keçirilməsi və buraxılış proseslərinin SOC 2 tələblərinə uyğun olaraq davam etdiyini və icazəsiz müdaxilədən qorunduğu qənaətinə gəliblər. Tam audit nəticələrinə buradan baxa bilərsiniz: https://www.kaspersky.com/about/compliance-soc2 

"Kaspersky-nin müştəriləri və tərəfdaşları üçün SOC 2 auditinin uğurla başa çatdırılması adi bir prosedurdan daha artığıdır. Bu, texnologiyalarımızın əsasını təşkil edən təhlükəsizlik tədbirlərinin effektivliyini hər zaman qoruduğuna dair müstəqil təsdiqdir," – deyə Kaspersky-nin İctimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti Yuliya Şlıçkova bildirib. "Qiymətləndirmə nəticələri təsdiqləyir ki, istifadəçilərimizin hər gün inamla istifadə etdiyi məhsullar etibarlı şəkildə qorunur və sabit işləyir. Bu isə müştərilərə şirkətin həlləri ilə bağlı hər bir yeniləmə və qarşılıqlı əlaqə zamanı güvən hissi qazandırır."

Şirkətin daxili proseslərinin müntəzəm auditi onun "İnformasiya şəffaflığı üzrə qlobal təşəbbülər" çərçivəsində atılan mühüm addımlardan biridir. Bu təşəbbüslərin məqsədi müştərilər və tərəfdaşların etimadını möhkəmləndirmək, həmçinin şirkətin şəffaflığa sadiqliyini nümayiş etdirməkdir. SOC 2 auditindən başqa, Kaspersky daha əvvəl beynəlxalq ISO/IEC 27001 standartı və Ümumi kriteriyalar (Common Criteria) üzrə sertifikatlaşdırmalardan keçib.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment