Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Zəfər Abidəsini və Muzeyini ziyarət edib
25.09.2026

27 Sentyabr Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Zəfər Abidəsi və Zəfər Muzeyini ziyarət edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Şahlar Mirqasım,  Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar əvvəlcə Zəfər Abidəsini ziyarət edərək abidə önünə tər gül dəstələri qoyub, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra nümayəndə heyəti Zəfər Muzeyini ziyarət edərək Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbəni əks etdirən eksponatlar, foto və digər materiallarla tanış olublar. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək peşəkarlıq, şücaət və qəhrəmanlıq nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu tarixi Qələbə Azərbaycan xalqının milli qürur və həmrəyliyinin təntənəsi olmaqla yanaşı, gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyan tarixi hadisədir.

Ziyarət çərçivəsində nümayəndə heyəti Zəfər Muzeyinin kinozalında  “Şuşa, sən azadsan” filmini izləyərək Vətən müharibəsinin tarixi məqamlarını və Şuşanın azadlığı ilə bağlı hadisələri əks etdirən ekran əsəri ilə tanış olublar. Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq şəhidlərimizin xatirəsi hər zaman dərin ehtiramla anılır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment