Digər xəbərlər


Azərbaycan və IEC arasında enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlıq müzakirə olunub
24.09.2026

Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) baş katibi və baş icraçı direktoru Filip Metzqer ilə görüşüb.

Görüşdə Azərbaycanın IEC-yə assosiativ üzvlüyü çərçivəsində əməkdaşlığın genişləndirilməsi, enerji keçidi, elektrikləşmə, bərpa olunan enerji, enerji səmərəliliyi və yeni texnologiyalar üzrə beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub.

IEC-nin Baş katibi Azərbaycanın qlobal enerji və iqlim gündəliyində artan rolunu, xüsusilə COP29-a sədrliyi dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib. Azərbaycanın cari ildən təşkilatın assosiativ üzvü olmasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib. Qeyd olunub ki, IEC elektrotexnika, elektronika, təmiz enerji və enerji səmərəliliyi sahələrində standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Azərbaycana dəstək göstərməyə hazırdır.

Energetika naziri Azərbaycanda enerji keçidi istiqamətində həyata keçirilən islahatlar, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi barədə məlumat verib. Enerji sektorunda normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlərdən, eləcə də COP29 çərçivəsində irəli sürülmüş enerji təşəbbüslərinin davam etdirilməsindən bəhs olunub. Enerji sektorunda həyata keçirilən layihələrdə müasir texnologiyaların tətbiqi baxımından IEC-nin texniki təcrübəsindən və standartlaşdırma mexanizmlərindən istifadənin əhəmiyyəti qeyd edilib.

Görüşdə elektrikləşmənin qlobal enerji sisteminin və iqtisadiyyatın gələcək inkişafında əsas tendensiyalardan birinə çevrildiyi qeyd olunub. Bu baxımdan, yalnız yeni enerji istehsal güclərinin yaradılmasının deyil, elektrik enerjisinin ötürülməsi, mübadiləsi və istehlakçılara çatdırılmasını təmin edən müasir infrastrukturun inkişafının da vacibliyi diqqətə çatdırılıb. Bu kontekstdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə fikir mübadiləsi aparılıb.

IEC ilə Milli Elektrotexniki Komitə və müvafiq texniki işçi qrupları çərçivəsində əməkdaşlığın genişləndirilməsi və yerli mütəxəssislərinin standartların hazırlanması prosesində daha fəal iştirakının vacibliyi qeyd olunub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment