"AZƏRMAŞ GROUP" MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
23.09.2026
23 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Nəzərinizə çatdırırıq ki, emissiya prospektinin qüvvədə olma müddəti 21.10.2026-cı il tarixində başa çatdığı üçün həmin tarix ticarətə icazənin son günü hesab edilir.
Qeyd edək ki, emitent tərəfindən istiqrazların aşağıda qeyd olunmuş şərtlər daxilində geri satın almaq hüququ nəzərdə tutulur:
27-ci ayda – 2,500,000 AZN həcmində;
30-cu ayda – daha 2,500,000 AZN həcmində;
33-cü ayda – daha 2,500,000 AZN həcmində;
36-cı ayda – daha 2,500,000 AZN həcmində;
İstiqrazlar üzrə digər məlumatlar aşağıdakı kimidir:
Emitentin adı
"AZƏRMAŞ GROUP" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001027302
İstiqrazların növü və forması
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz (nominal dəyərinin 60 faizi üzrə İKZF tərəfindən zəmanət verilmiş)
Ticarət üsulu/forması
Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
1,000 manat
İstiqrazların buraxılış həcmi
10,000,000 manat
İllik gəlirlilik faizi
13%
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödəniləcəkdir