Sığorta


Azərbaycan Mərkəzi Bankı və ASA Qazaxıstanda keçirilən Beynəlxalq Sığorta Forumunda iştirak edib
22.09.2026

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliklərindən ibarət nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Beynəlxalq Sığorta Forumu – 2026”-da iştirak ediblər.

30-a yaxın ölkədən ümumilikdə 200-ə yaxın iştirakçının – sığorta nəzarətedici orqanlarının, sığorta assosiasiyalarının və peşəkar sığorta bazarları təmsilçilərinin dəvətli olduğu Forumda Azərbaycan nümayəndə heyəti panel müzakirələrdə də çıxış ediblər.

Azərbaycan Mərkəzi Bankının Baş direktoru Vüsal Qurbanov Forum çərçivəsində təşkil olunmuş “Strategiya 2030: Qanunvericiliyin inkişaf və transformasiya istiqamətləri”, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli isə “İpək Yolu Sığorta Kəməri: Türk dünyası sığorta bazarlarının inteqrasiyası” adlı panellərdə çıxış edərək ölkəmizdə sığorta sektorunda həyata keçirilən islahatlar, əldə olunmuş nəticələr və qarşıda duran prioritet hədəflər haqqında geniş məlumat veriblər. Əsasən sual-cavab formatında baş tutan panellərdə Azərbaycan nümayəndə heyətinin verdiyi məlumatlar Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Müvafiq panellər çərçivəsində Türk Dünyası Sığorta Birliyinin türk dövlətlərinin sığorta bazarlarının inkişafında oynadığı mühüm rola da xüsusi diqqət yetirilib. Birliyin üzv ölkələrin sığorta bazarları arasında qarşılıqlı əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də ortaq təşəbbüslərin həyata keçirilməsi baxımından yaratdığı imkanların əhəmiyyəti vurğulanıb. Eyni zamanda, türk dövlətlərinin sığorta sektorları arasında əlaqələrin daha da dərinləşdirilməsinin regional sığorta ekosisteminin inkişafına töhfə verəcəyi də qeyd olunub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment