Digər xəbərlər


Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
22.09.2026

Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən biznes nümayəndələri üçün sahibkarlığa yeni dövlət dəstəyi mexanizmlərinin tətbiqinə dair təqdimat keçirilib.

İqtisadiyyat nazirinin müavini Anar Axundov Goranboy şəhərində Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşüb.

Görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətə uyğun olaraq özəl sektorun daha da gücləndirilməsi, sahibkarların investisiya və istehsal fəaliyyətinin təşviqi, regionlarda iqtisadi fəallığın artırılması məqsədilə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir. Bu istiqamətdə yeni mexanizmlər tətbiq olunur. Sahibkarlar yaradılmış əlverişli biznes mühitindən səmərəli şəkildə yararlanmağa, yeni təşəbbüslərini reallaşdırmağa dəvət olunublar.

Qeyd olunub ki, Gəncə-Daşkəsən iqtisadi rayonunun mövcud iqtisadi potensialından daha optimal istifadə edilməsi, xüsusilə kənd təsərrüfatı məhsulları və sənaye istehsalının, həmçinin xidmət sahələrinin genişləndirilməsi, əlavə dəyər yaradan və ixracyönümlü istehsal xətlərinin formalaşdırılması regionun iqtisadi inkişafına mühüm töhfə verə bilər.

Tədbirdə sahibkarlar üçün biznesə yeni dövlət dəstəyi mexanizmlərinin tətbiqi və genişləndirilməsi, həmçinin sənaye və investisiya layihələrinin təşviqi imkanları ilə bağlı təqdimat keçirilib.

İxracda daşıma xərclərinin kompensasiyası üzrə: Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanır. Sahibkarlara ödənilən dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən edilir. Yeni mexanizm bu il sentyabrın 1-dən etibarən 10 il müddətində tətbiq olunacaq. Mexanizm yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, logistika xərclərinin azaldılmasına, ixrac coğrafiyasının genişləndirilməsinə xidmət edir.

Gömrük rəsmiləşdirmə xərclərinin kompensasiyası üzrə: Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracının genişlənməsi məqsədilə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanır. Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana bilərlər. Bu ilin sentyabrın 1-dən tətbiq olunan mexanizm 5 il müddətində qüvvədə olacaq.

Kreditlərə təminat və faiz subsidiyası mexanizminin təkmilləşdirilməsi üzrə: Sahibkarların maliyyələşmə imkanlarını artırmaq, xüsusilə investisiya layihələrinin həyata keçirilməsi prosesini asanlaşdırmaq məqsədilə kredit zəmanəti və faiz subsidiyası mexanizmi təkmilləşdirilib. Bu mexanizmə əsasən sahibkarlara kredit faizlərinin 50 faizi həcmində subsidiya verilir. Subsidiyanın tətbiqi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərini əhatə edir.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə verilən kreditlərin əsas borcunun 90 faizədək, digər regionlarda isə (Bakı və Abşeron istisna olmaqla) 50 faizədək hissəsinə dövlət zəmanəti təqdim olunur. Yeni dəstək mexanizmi regionlarda investisiya fəallığının artmasına, sahibkarların maliyyə yükünün azalmasına və qeyri-neft-qaz sektorunun inkişafına əlavə stimul verir.

Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması mexanizmi üzrə: 2027-2030-cu illərdə tətbiq olunacaq mexanizmə əsasən yeni sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması zamanı sahibkarın ödədiyi qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq.

Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrası üzrə: Strateji investisiya layihələrinin daha operativ reallaşdırılması və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə yaradılmış Komissiya tərəfindən iri layihələrin vahid pəncərə prinsipi ilə sürətləndirilmiş qaydada icrası təmin ediləcək. Yeni yanaşmanın layihələrin icra müddətini təxminən 30-40% qısaltması gözlənilir.

Bu mexanizmlərin sahibkarların biznes xərclərinin azaldılması, yeni investisiyaların təşviqi, ixracın stimullaşdırılması və regionlarda iqtisadi fəallığın artırılmasına mühüm imkanlar yaratdığı vurğulanıb.

Görüşdə biznes nümayəndələrinin təklif və təşəbbüsləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment