Digər xəbərlər


“Baku ID” çərçivəsində startap və texnologiya şirkətləri ilə innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib
21.09.2026

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə Azərbaycanın aparıcı texnologiya şirkətləri və startapları ilə “Ecosystem Meetup” görüşü keçirilib. “Baku ID” çərçivəsində baş tutan görüşdə 20-yə yaxın şirkətin nümayəndəsi iştirak edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ölkədə rəqəmsal inkişaf sahəsində həyata keçirilən irimiqyaslı islahatlar, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn prioritetlər və innovasiya sahəsində qanunvericilik təşəbbüsləri, o cümlədən “OpenWave” Açıq İnnovasiya Proqramı və dövlət qurumlarının əməkdaşlarının rəqəmsal savadlılığının artırılmasını nəzərdə tutan “Rəqəmsal Üfüqlər” layihəsi haqqında ətraflı məlumat verib.

Azərbaycanda İT sahəsində insan kapitalının yetişdirilməsi məsələsinə toxunan Rəşad Həsənov əmək bazarında müəyyən çağırışların olduğunu bildirib: “İT əmək bazarının tələb və təklifi arasında böyük fərq mövcuddur. İT ixtisası ilə məzun olanların sayı kifayət qədər olsa da, məzunlar öz sahələrinə uyğun iş tapmaqda çətinlik çəkirlər. Digər tərəfdən, İT şirkətləri sahə üzrə orta və yüksək təcrübəli əməkdaşlar tapmaqda çətinlik çəkir. Başqa sözlə, bazarda tələb və təklif arasında tarazlıq pozulur”.

O, həmçinin qeyd edib ki, bu məsələnin həlli üçün dünya təcrübəsi öyrənilib və müvafiq islahatlar çərçivəsində İT mütəxəssislərinin yetişdirilməsi, yenidən ixtisaslaşdırılması və əmək bazarına cəlb edilməsi mexanizmlərinin tətbiqi nəzərdə tutulub.

Nazir müavini, həmçinin “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı barədə məlumat verib. Belə ki, dövlət qurumlarında çalışan 30 min şəxs üçün yeni öyrənmə platforması hazırlanmış, platformada süni intellekt, kibertəhlükəsizlik sahələrini əhatə edən materiallar, imtahan modulları yerləşdirilmişdir. Proqrama oktyabr ayından etibarən start veriləcək.

Rəqəmsal bacarıqların sistemli şəkildə inkişaf etdirilməsi, dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi və əməkdaşların müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə səriştələrinin gücləndirilməsi məqsədi daşıyır.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışı zamanı Agentlik tərəfindən hazırlanan “OpenWave” Açıq İnnovasiya Proqramını ekosistem nümayəndələrinin diqqətinə çatdırıb. O bildirib ki, proqram qurumların və təşkilatların real əməliyyat problemlərinin süni intellekt texnologiyası əsasında həlli imkanlarını ehtiva edir: “Bu proqram qurumların üzləşdiyi real çağırışlarla startap həlləri arasında körpü yaradır. Belə ki, qurumların müəyyən etdiyi problemlər üzrə vörkşoplar keçirilir və bu zaman startap həlləri təqdim edilir. Seçilmiş həllər real iş mühitində prototip səviyyəsində sınaqdan keçirilir və nəticə qurumlar tərəfindən təhlil edilir”. O əlavə edib ki, ilkin mərhələdə proqram “Plug and Play” ilə birlikdə “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC üçün cari ilin sentyabrında həyata keçirilib.

Görüşün təqdimat hissəsindən sonra şirkətlərlə müzakirə baş tutub. Tədbir iştirakçıları texnoparklar, yerli və xarici bazarlarda genişlənmə potensialının artırılması, startapların üzləşdiyi çağırışlar və digər mühüm mövzularda fikir mübadiləsi aparıblar. Qeyd edək ki, İRİA tərəfindən mütəmadi keçirilən “Ecosystem Meetup” tədbirlərinin əsas məqsədi innovasiya ekosistemində əlaqələri gücləndirmək, təcrübə, bilik, nailiyyətlər və planlar haqqında ətraflı müzakirə aparmaqdır.


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment