Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında master-klass keçirilib
21.09.2026

Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət üzrə master-klass” mövzusunda master-klass keçirilib

18 sentyabr 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Elmi Təcrübi və Tədris Mərkəzinin və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının təşkilatçılığı ilə “Fetal təbabət üzrə master-klass” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d. İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu, t.ü.f.d. Fidan İsrafil-Bəyli, Böyük Britaniyanın Mamalıq, Ginekologiya və Fetal Təbabət üzrə professoru Mark Kilbi mama-ginekoloqlar, radioloqlar və  həkim-rezidentlər iştirak ediblər.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev salamlama nitqi ilə çıxış edərək fetal təbabətin müasir mamalıq və ginekologiyanın mühüm istiqamətlərindən biri olduğunu, ana və döl sağlamlığının qorunması, dölün inkişafında mümkün problemlərin erkən mərhələdə aşkarlanması və müasir diaqnostik yanaşmaların tətbiqinin əhəmiyyətindən danışıb.

Rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, fetal təbabət üzrə master-klassın keçirilməsi mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, bu sahədə peşəkar biliklərin artırılmasına, eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsinə və qabaqcıl metodların yerli tibbi praktikaya inteqrasiyasına mühüm töhfə verir. 

Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu Fidan İsrafil-Bəylinin moderatorluğu ilə keçirilən master-klassda Böyük Britaniyanın Mamalıq, Ginekologiya və Fetal Təbabət üzrə professoru Mark Kilbi “USM tapıntılarından klinik qərara doğru: Mürəkkəb fetal hallar” mövzusunda çıxış edib. Master-klassda mürəkkəb fetal hallar, ultrasəs müayinəsi əsasında klinik qərarların qəbulu, dölün ana bətnində müalicəsi və cərrahi müdaxilələr müzakirə olunub. Tədbir zamanı real klinik hallar təqdim edilib və interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, fetal təbabət sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və müasir tibbi yanaşmaların tətbiqi ana və döl sağlamlığının qorunması, prenatal diaqnostikanın imkanlarının genişləndirilməsi və mürəkkəb klinik halların idarə olunması üzrə mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment