Banklar


Rabitəbank 32-ci filialını Bakıxanovda açdı
18.09.2026

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Bakıxanov Mall” ticarət mərkəzində fəaliyyətə başlayıb.

Yeni filialın açılışı Rabitəbankın müştəriyönümlü inkişaf strategiyasının, xidmət keyfiyyətinin yüksəldilməsi və bankçılığın gündəlik həyata daha rahat inteqrasiyası istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır. Paytaxtın aktiv yaşayış və ticarət məkanlarından birində yerləşən filial fərdi müştərilərlə yanaşı, sahibkarlar üçün də geniş maliyyə imkanlarını vahid məkanda birləşdirir.













Müasir bankçılıq konsepsiyasına uyğun qurulan filialda istehlak və biznes kreditləri, əmanətlər, ödəniş kartları, pul köçürmələri, kassa-hesablaşma və valyuta əməliyyatları da daxil olmaqla geniş çeşiddə bank xidmətləri təqdim olunur. Rəqəmsal həllərlə inteqrasiya olunmuş xidmət infrastrukturu, funksional dizayn və rahat xidmət zonaları müştərilərin maliyyə əməliyyatlarını daha sürətli və səmərəli şəkildə həyata keçirməsinə şərait yaradır.

Yeni filialın rəsmi açılış mərasimində Rabitəbankın rəhbər heyəti, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bankın inkişaf strategiyasında müştəri məmnuniyyətinin, xidmətlərin əlçatanlığının və rəqəmsal transformasiyanın mühüm yer tutduğunu vurğulayıb:“Rabitəbank olaraq inkişaf strategiyamızda müştərilərimizin dəyişən ehtiyaclarını və gözləntilərini əsas götürürük. “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, eləcə də İnternet Bankçılıq platformamız vasitəsilə rəqəmsal xidmətlərimizi inkişaf etdirərkən, müştərilərimizə daha yaxın olmaq üçün filial şəbəkəmizi də genişləndiririk.

Ötən ilin bu dövründə Xankəndi filialımızın açılışını həyata keçirdik. Qarabağda fəaliyyətə başlamaq Rabitəbank olaraq bizim üçün xüsusi qürur və mənəvi dəyər daşıyırdı. Bu gün isə Dövlət Suverenliyi Günü ərəfəsində Bakıxanov filialımızın açılışını həyata keçirməkdən böyük məmnunluq duyuruq. İnanırıq ki, yeni filialımız müştərilərimiz və sahibkarlarımız üçün yeni imkanlar yaradacaq, tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər formalaşdıracaq, ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Məqsədimiz rəqəmsal bankçılığın sürətini peşəkar xidmət və fərdi yanaşma ilə birləşdirərək bankçılığı müştərilərimizin gündəlik həyatının daha rahat və əlçatan hissəsinə çevirməkdir”.

Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 132, “Bakıxanov Mall” ticarət mərkəzində yeni filialının fəaliyyətə başlaması ilə Rabitəbank paytaxtın daha bir ərazisində müştərilərinə geniş xidmət imkanları təqdim edir. Yeni filial ərazidə yaşayan sakinlərin gündəlik maliyyə əməliyyatlarını asanlaşdırmaqla yanaşı, yerli sahibkarların bank xidmətlərinə çıxışının genişləndirilməsinə də xidmət edəcək.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment