Digər xəbərlər


“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
18.09.2026

“Baku ID 2026” innovasiya festivalı çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram”ın nəticələrinə həsr olunan mükafatlandırma mərasimi keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) strateji tərəfdaşı olduğu “Baku ID 2026” innovasiya festivalı çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram”a həsr olunan tədbir keçirilib.

Tədbirdə “Milli Proqram” çərçivəsində 12 nominasiya üzrə fərqlənən iştirakçı üstün nailiyyət sertifikatı ilə təltif olunub və onlara hədiyyələr təqdim edilib. Təltifetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PAŞA Maliyyə Holdinqi”nin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər. Ümumilikdə nominasiyalar müxtəlif yaş və sosial qrupların təhsilə cəlb olunması, özünüinkişaf və ömürboyu öyrənmə, karyera inkişafı, regionlarda istedadların təşviqi, sahibkarlıq və startap fəaliyyəti, innovasiyada qadınların iştirakı, eləcə də əldə olunan biliklərin paylaşılması kimi istiqamətləri əhatə edib.

Tədbirdə insan kapitalının inkişafı, əmək bazarının dəyişən tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması, eləcə də “4Sİ Akademiyası – Milli Proqram”ın bu istiqamətdə yaratdığı imkanlar barədə məlumat verilib. Proqramın birinci mərhələsinin nəticələrini və iştirakçıların nailiyyətlərini əks etdirən video nümayiş olunub.

Qeyd edək ki, “4Sİ Akademiyası – Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilir. Proqramın əsas məqsədi rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək, rəqabətli insan kapitalı formalaşdırmaq və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların inkişafını dəstəkləməkdir. Bu məqsədlə “Coursera” platformasında 21 mindən çox təlim vətəndaşlara ödənişsiz təqdim olunur.

Proqram dövlət və özəl sektor tərəfdaşlığı əsasında icra olunur. “PASHA Holding”, SOCAR, bp, “Azerconnect Group”, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın əsas mərhələsinin tərəfdaşlarıdır.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment