16.09.2026-cı il tarixində Listinq Komitəsi tərəfindən “KollektA” ASC tərəfindən səhmlərin abunə yazılışı müddətinin uzadılması və yerləşdirmə tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
17.09.2026-cı il tarixində aparılmış yenidən baxış zamanı “KOLLEKTA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ-nin səhmlərinin abunə yazılışı müddətinin uzadılması və yerləşdirmə tarixinin dəyişdirilməsinin emitentin emissiya prospektində müəyyən edilmiş şərtlərlə ziddiyyət təşkil etdiyi müəyyən edilmişdir.
Bunu nəzərə alaraq, 16.09.2026-cı il tarixində qəbul edilən müvafiq qərar ləğv edilmişdir.
Bununla əlaqədar səhmlərin abunə yazılışının bitmə tarixi və səhmlərin yerləşdirmə tarixi emissiya prospekti ilə uyğun olan ilkin təyin edilmiş abunə yazılışı tarixi 18 sentyabr 2026-cı il, yerləşdirmə tarixi isə 21 sentyabr 2026-cı il olaraq saxlanılsın.