18 sentyabr 2026-cı il tarixdə iqtisadiyyat nazirinin müavini Anar Axundov Goranboy şəhərində Goranboy və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Goranboy şəhərində, Goranboy Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.