“NEO BOKT” ASC tərəfindən həyata keçirilən səhmlərin abunə yazılışı müddəti uzadılıb.
“NEO BOKT” ASC tərəfindən 16 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasına abunə yazılışı müddətinin uzadılması və yerləşdirmə tarixinin dəyişdirilməsi ilə bağlı müraciət daxil olub. Müraciət Bakı Fond Birjasının Listinq Komitəsi tərəfindən nəzərdən keçirilib və aparılmış müzakirələrin nəticəsində abunə yazılışı müddətinin uzadılması və yerləşdirmə tarixinin dəyişdirilməsi barədə qərar qəbul edilib.
Qərara əsasən, ilkin olaraq 14 sentyabr – 18 sentyabr 2026-cı il tarixlərini əhatə edən abunə yazılışı müddəti 14 sentyabr – 29 sentyabr 2026-cı il tarixinədək uzadılmışdır və yerləşdirmə tarixi 21 sentyabr 2026-cı il tarixindən 30 sentyabr 2026-cı ilə dəyişdirilmişdir.