"PRİOR LEASING" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
16.09.2026
16 Sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PRİOR LEASING" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"PRİOR LEASING"
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2002019530
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
20,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
2,000,000 manat
İllik gəlirlilik faizi
15%
Ödəmə Periodu
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir