Digər xəbərlər


“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib
16.09.2026

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” SOCAR-ın müstəqil kredit profili (Standalone Credit Profile (SCP)) göstəricisini bir pillə yüksəldərək “bb” səviyyəsinə çatdırıb. Eyni zamanda agentlik tərəfindən SOCAR-ın uzunmüddətli emitent defolt reytinqi (Long-Term Issuer Default Rating – IDR) “BBB-” səviyyəsində, “Sabit” proqnozla təsdiqlənib.

SCP-nin yüksəldilməsi SOCAR-ın dövlət dəstəyi nəzərə alınmadan formalaşan müstəqil kredit profilinin güclənməsini əks etdirir. Bu göstərici şirkətin maliyyə dayanıqlılığı, əməliyyat göstəriciləri, pul axınları, borc yükü, likvidlik mövqeyi və biznes profilinin ayrıca qiymətləndirilməsi əsasında müəyyən edilir.

Müstəqil kredit profil göstəricisinin yüksəlməsi SOCAR-ın öz maliyyə və əməliyyat imkanları hesabına öhdəliklərini yerinə yetirmək qabiliyyətinin gücləndiyini nümayiş etdirir. Bu, eyni zamanda şirkətin borcun idarə olunması, likvidliyin qorunması və maliyyə intizamının təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin kredit profilinə müsbət təsirinin təzahürüdür.

SOCAR və “Fitch Ratings” arasında əməkdaşlıq 2010-cu ildən etibarən davam edir. Bu müddət ərzində agentlik şirkətin maliyyə və əməliyyat göstəricilərini, borclanma profilini, likvidliyini, biznes risklərini və uzunmüddətli inkişaf perspektivlərini mütəmadi olaraq qiymətləndirib.

SOCAR 2024-cü ildə “Fitch Ratings” tərəfindən investisiya oluna bilən dərəcəsinə yüksəldilərək “BBB-” kredit reytinqi əldə edib. Reytinqin “Sabit” proqnozla bu səviyyədə saxlanılması şirkətin mövcud kredit göstəricilərinin dayanıqlılığına dair agentliyin gözləntilərini əks etdirir.

İnvestisiya oluna bilən reytinqinin qorunub saxlanılması və müstəqil kredit profilinin yaxşılaşması SOCAR-ın beynəlxalq kapital bazarlarında mövqeyinin daha da güclənməsinə, investor etimadının artmasına və maliyyələşmə imkanlarının genişlənməsinə töhfə verir.

Qeyd edək ki, “Fitch Ratings” dünyanın aparıcı beynəlxalq kredit reytinq agentliklərindən biridir. Agentlik dövlətlərin, şirkətlərin, maliyyə institutlarının və borc alətlərinin kredit riskini qiymətləndirərək qlobal maliyyə bazarları üçün müstəqil analitik rəy təqdim edir.

Xatırladaq ki, cari ilin iyul ayında “Moody’s Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini “Baa3” səviyyəsində, “Sabit” proqnozla yenidən təsdiqləyib. “Baa3” reytinqi investisiya oluna bilən dərəcəsinə aid olmaqla, SOCAR-ın investisiya dərəcəli kredit statusunu qoruyub saxladığını göstərməkdədir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment