Digər xəbərlər


Azərbaycan nümayəndə heyəti İsveçrəyə işgüzar səfər edib
15.09.2026

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində bir sıra görüşlər, həmçinin ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.

İsveçrə Konfederasiyasının Prezidenti, Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamentinin rəhbəri Gi Parmelen iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Qəbulda Azərbaycan–İsveçrə münasibətlərinin gündəliyindəki məsələlər müzakirə olunub. Ölkələrimiz arasında möhkəm ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığı, tərəfdaşlığın qarşıdakı dövrdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində yeni istiqamətlərin müəyyənləşdirilməsi, həmçinin humanitar əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer ilə görüşüb.

Görüşdə Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlərə dair fikir mübadiləsi aparılıb. İki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni birgə təşəbbüslərin reallaşdırılmasının iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi bildirilib.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.

Birgə Komissiyanın həmsədrləri Mikayıl Cabbarov və Andrea Rauber Saxerin iştirak etdiyi iclasda Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər, həmçinin ticarət və investisiya əlaqələrinin mövcud vəziyyəti nəzərdən keçirilib. 

İsveçrə Konfederasiyası ilə tərəfdaşlığın ikitərəfli formatda və beynəlxalq maliyyə qurumları çərçivəsində genişləndirilməsi məsələləri müzakirə olunub.

Sənaye, enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın yeni perspektivləri diqqətə çatdırılıb. Azərbaycanın əlverişli investisiya mühiti, strateji nəqliyyat bağlantıları, yaşıl enerji potensialı və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərin xarici tərəfdaşlar üçün yaratdığı imkanlar vurğulanıb. Ölkəmizdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznesin inkişafı üçün tətbiq olunan dövlət dəstəyi mexanizmləri diqqətə çatdırlıb.

İclasın yekununda Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının Protokolu imzalanıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment