Sentyabrın 15-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240030 ISIN kodlu, tədavül müddəti 720 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0201240030 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 444,1 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 361,8 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98,4073 (6,8658%) və kəsmə qiyməti 98.1634 (7.0000%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 15 sentyabr 2028-ci ildir.