Neft və qaz


SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa t
14.09.2026

11 sentyabr 2026-cı il tarixində SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Tədbirdə çıxış edən SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova qlobal iqlim gündəliyinin formalaşmasında fəal iştirak edən Azərbaycanın beynəlxalq əməkdaşlığı dəstəkləyən təşəbbüslərlə çıxış etdiyini, Bakı İqlim Fəaliyyəti Həftəsinin də bu baxımdan mühüm əhəmiyyət kəsb edən platforma olduğunu bildirib.

SOCAR-ın Enerji Dialoqu Platforması təşəbbüsünün maraqlı tərəflər arasında açıq və davamlı dialoq mühitinin formalaşdırılması məqsədi daşıdığını bildirən Aygün Hüseynova bu çərçivədə cari ildə media nümayəndələri üçün keçirilən silsilə məlumatlandırma sessiyaları barədə məlumat verib.

Milli Məclisin deputatı, ⁠COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu, Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai çıxışında Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29-un qlobal iqlim gündəliyində mühüm nailiyyətlərə imza atdığını qeyd edərək Bakı İqlim Fəaliyyəti Həftəsinin də məhz bu konfransın irsini yaşadan davamlı platforma kimi təsis olunduğunu vurğulayıb.

Nigar Arpadarai media nümayəndələrinin həm COP29 çərçivəsində qəbul olunan öhdəliklərin, həm də Bakı İqlim Fəaliyyəti Həftəsi prosesinin ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynadıqlarını deyib.

Gənclərin Bakı İqlim Fəaliyyəti Həftəsinə olan marağının ildən-ilə artdığını söyləyən COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova tədbirin gənclərin iqlim gündəliyində daha fəal iştirakına, innovativ ideyalarının təşviqinə və onların gələcək inkişafına xidmət edən mühüm platformaya çevrildiyini bildirib.

Daha sonra dəyirmi masa müzakirələrlə davam etdirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment