“NEO BOKT” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
10.09.2026
10 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “NEO BOKT” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı 14.09.2026-cı il tarixində başlayıb, 18.09.2026 tarixində bitəcəkdir (5 iş günü).
Qiymətli kağızların yerləşdirilməsi isə 21.09.2026-cı il tarixində keçiriləcəkdir.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.